Çərşənbə , İyul 6 2022
Ana səhifə / Sosial / Paytaxt yollarında sıxlıq müşahidə edilir – SİYAHI

Paytaxt yollarında sıxlıq müşahidə edilir – SİYAHI

Daxili İşlər Nazirliyinin (DİN) Nəqliyyatı İntellektual İdarəetmə Mərkəzi (NİİM) paytaxt yollarındakı son vəziyyətlə bağlı məlumat yayıb.

Mərkəzdə bildirilib ki, hazırda paytaxt yollarında nəqliyyatın hərəkətində sıxlıq müşahidə edilir:

1. Bakı-Sumqayıt şosesində – Xocəsən yolu ilə kəsişmədən Beynəlxalq Avtovağzalın qarşısına qədər;

2. Moskva prospektində – Bakı Beynəlxalq Avtovağzalın qarşısından “20 Yanvar” dairəsinə qədər – əsas və kənar yolda;

3. Binəqədi şosesində – mərkəz – “Azadlıq prospekti” metro stansiyası istiqamətində Biləcəri – “Baksol” yolu ilə kəsişməyədək;

4. Rövşən Mustafayev küçəsində – “20 Yanvar” dairəsindən başlayaraq əsas yolda Ziya Bünyadov prospekti istiqamətində;

5. Həsən bəy Zərdabi prospekti – Məhəmməd Xiyabani küçəsi ilə kəsişmədən “20 Yanvar” dairəsinə qədər sıxlıq;

6. Tbilisi prospektində – “20 Yanvar” dairəsi istiqamətindən başlayaraq, Abdulvahab Salamzadə küçəsi ilə kəsişməsinə qədər, şəhər istiqamətində;

7. Ziya Bünyadov prospektində – Bakı Olimpiya Stadionunun yanından Atatürk prospekti ilə kəsişməyə qədər əsas yolda, “20 Yanvar” dairəsi istiqamətində;

8. Abbasqulu Ağa Bakıxanov küçəsi – İzmir küçəsi ilə kəsişmədən Səməd Vurğun küçəsi ilə kəsişməyədək Türkiyə səfirliyi istiqamətində;

9. Koroğlu Rəhimov küçəsinin akademik Həsən Əliyev küçəsi ilə kəsişməsindən, Heydər Əliyev prospekti istiqamətində;

10. Aeroport şosesi – Yeni Ramana yolu ilə kəsişən hissədən mərkəz istiqamətində Heydər Əliyev prospekti ilə kəsişməyədək sıxlıq;

11. Heydər Əliyev prospektində – “Koroğlu” metro stansiyasının qarşısından 5 saylı ASAN Xidmət Mərkəzinin qarşısına qədər kənar yolda;

12. Xətai prospekti – Tələt Şıxəliyev küçəsi ilə kəsişmədən Heydər Əliyev prospekti ilə kəsişməyə qədər;

13. Yusif Səfərov küçəsində – Xocalı prospekti ilə kəsişməsindən başlayaraq, hər iki istiqamətdə Heydər Əliyev prospekti və Cavanşir körpüsü istiqamətində 28 May küçəsi ilə kəsişməyə qədər;

14. Qara Qarayev prospekti – Şirin Mirzəyev küçəsi ilə kəsişmədən Heydər Əliyev prospekti ilə kəsişməyə qədər;

15. Şəmsi Bədəlbəyli küçəsinin Azərbaycan prospekti ilə kəsişməsindən, Rəşid Behbudov küçəsi ilə kəsişməsinə qədər olan hissəsində sıxlıq müşahidə olunur.

Qeyd edilir ki, 10-12 iyun tarixlərində baş tutacaq 2022-ci il “Formula-1” Azərbaycan Qran-prisi ilə əlaqədar olaraq, 6 iyun gecə 01:00-dan etibarən Bakı Şəhər Halqasının əhatə etdiyi əsas küçə və prospektlərdə nəqliyyat vasitələrinin hərəkətinə məhdudiyyət qoyulacaq. Hərəkət 14 iyun səhər saatlarından etibarən bərpa olunacaq.

Həmçinin oxuyun

Sabah bu ərazilərə yağış yağacaq – PROQNOZ

Bakıda və Abşeron yarımadasında iyulun 7-də hava şəraitinin dəyişkən buludlu olacağı, əsasən yağmursuz keçəcəyi gözlənilir. …