Ana səhifə / Sosial / Pasxa çıxsa, havalar düzələcəkmi?

Pasxa çıxsa, havalar düzələcəkmi?

Təxminən bir aydan çoxdur ki, yaz mövsümü daxil olsa da, ölkə anormal hava şəraiti hökm sürməkdədir. Əgər bir neçə gün əvvəl havanın temperaturu 23-25 dərəcə çatırdısa, bu həftədən etibarən aprel ayına xarakterik olmayan kəskin soyuq hava müşahidə olunmaqdadır. Hətta bölgələrdə, dağətəyi rayonlarda qar, sulu qar da yağıb. Havanın getdikdə isinməsi əvəzinə, əksinə kəskin soyuması insanlarda geyim barəsində də çaşqınlıq yaradıb, əksəriyyət yenidən qış geyimlərinə qayıdıb. Bəs soyuq hava şəraiti nə qədər davam edəcək?

“Pasxa çıxsaydı, havalar düzələrdi”. Son günlərdə havanın kəskin soyumasından söz düşən zaman tez-tez bu deyimlə rastlaşırıq. Qeyd edək ki, bu il Pasxa bayramı aprelin 21-nə təsadüf edir. Hava proqnozu haqqında məlumatlara nəzər yetirdikdə məlum olur ki, məhz Pasxa bayramından sonra havanın temperaturu tədricən artmağa başlayacaq. Maraqlıdır, Pasxa bayramının təbiət hadisəsi və ya astroloji bağlılığı varmı?

Astroloq Səbuhi Rəhimli mövzu ilə bağlı musavat.com-a danışıb:

“Pasxa gününün təyin olunması sırf astroloji göstəricilərə söykənir. Bu hətta Çin qoroskopu deyil, qədim zərdüştlükdən irəli gəlir. Pasxanı adətən bu cür hesablayırlar: Günəş Qoç bürcünə girdikdən sonra təzə Ay doğur və Pasxa bundan sonra gələn birinci bazara düşür.

Beləliklə Yerdəki hansısa bayramın atmosferdəki astroloji hadisələrlə bağlılığı, əlaqəsi yoxdur”.

Digər astroloqlar da qeyd edir ki, Pasxa bayramının təbiət bayramı olması ilə bağlı fikirlər yanlışdır. Yaz fəslinin öz iqlim normaları var. Bu mövsümdə bəzən hava küləkli, yağışlı, soyuq, bəzən də mülayim, hətta hətdən artıq isti ola bilir. Beləliklə onu hansısa dini ayinə və yaxud bayrama bağlamaq doğru deyil.

Pasxa bayramı nədir?

Adətən Pasxa el arasında həm də Qızıl yumurta bayramı kimi tanınır. Bu haqda Əhdi-Cədiddə təsvir edilir. Günümüzdə Pasxa İsanın çarmıxa çəkilməsindən üç gün sonra dirilməsi münasibəti ilə qeyd edilən xristian festival və bayramı kimi qəbul edilir. Pasxa, qırx günlük oruc və ibadət müddəti olan Böyük pəhrizdən əvvəlki İsanın ehtirasının kuliminasiyasıdır. Böyük pəhrizin, Pasxa triduumu, Sonuncu şam yeməyi və ayaq yumanın anıldığı Müqəddəs cümə axşamının, həmçinin, İsanın çarmıxa çəkilməsi və öldürülməsinin anıldığı Müqəddəs Cümə gününün də daxil olduğu sonuncu həftəsi “Müqəddəs həftə” adlanır. Pasxadan sonra əlli günlük Pasxa fəsli adlı dövr başlanır ki, həmin dövr də Müqəddəs Üçlük günü ilə başa çatır.

Pasxa günü dəyişən bayramdır və qeyd edildiyi gün müasir təqvimlə uyğun deyil. Birinci Nikeya Kilsə Məclisi (325-ci il) Pasxa tarixini Mart ayında gecə ilə gündüzün bərabərləşməsi günündən sonrakı ay bütövlənməsindən (Pasxa bütöv ayı) sonrakı ilk bazar günü olaraq müəyyən edir. Kilsə təqviminə görə, gecə-gündüz bərabərliyi 21 martda baş verir və Bütöv Ay astronomik təqvimlə heç də həmişə uyğunlaşmır. Beləcə, Pasxa tarixi 22 martla 25 aprel arasında dəyişir. Bəzən Bütöv Ay tarixi 21 martla 18 aprel arası qəbul olunur. Şərq xristianlığında Pasxa tarixinin hesablanması zamanı XI əsrdən bərabərləşmənin 21 mart tarixi qəbul edildiyi Yuli təqviminə əsaslanılır, 3 aprelin bərabərləşmə hesab edildiyi Qriqori təqvimində isə Pasxa tarixi 4 aprellə 8 may arasında dəyişir.

 Təqvimdəki mövqeyi və simvolikası baxımından Pasxa, qədim yəhudi bayramlarından biri olan Pesaxa əsaslanır. Dünyanın müxtəlif hissələrində bir-birindən fərqli Pasxa adətləri olsa da, şəfəq xidmətləri, Pasxa bayramlaşması, kilsə dövrələməsi və İsanın boş türbəsinin simvolu olan bəzədilmiş Pasxa yumurtaları ümumi motivlərdir. Əlavə olaraq, yumurta döyüşdürülməsi, Pasxa dovşanı, Pasxa oyun və festivalları kimi ənənələr də vardır ki, bu ənənələr də xristianlarla yanaşı, qeyri-xristian topluluqlar arasında da geniş yayılmışdır. Pasxada müxtəlif şirniyyatların hazırlanması adətdir.

Qərb xristianlığında Pasxa gününə şənbədən hazırlaşırlar. Gecə qaranlığında tonqal yandırılır ki, bu da İsa peyğəmbərin dirilişinin simvolu hesab edilir. Şərq provaslav kilsəsində və Şərq ortodoks kilsəsində də Pasxa ən mühüm bayramdır.

Həmçinin oxuyun

İcra başçısı 2 milyonluq villanı sökdürdü – Fotolar

Səssiz-səmirsiz, sakit-sakit, hissə-hissə sökürlər. Villanın qarşısında “Bakıxanov rezidens”in binası inşa olunacaq. Azinforum.az xəbər verir ki, …