Cümə axşamı , Mart 28 2024
Ana səhifə / Sosial / “Partlayışla bağlı 1000-ə yaxın abonentin qaz təchizatı dayandırıldı” – “Azəriqaz”

“Partlayışla bağlı 1000-ə yaxın abonentin qaz təchizatı dayandırıldı” – “Azəriqaz”

“Azəriqaz” İstehsalat Birliyinin baş direktorunun müavini Ruslan Əliyev bu gün səhər saatlarında paytaxtın Nəsimi rayonu, Dilarə Əliyeva küçəsi 237 ünvanında partlayışın baş verdiyi əraziyə gəlib.
“Azəriqaz”ın İctimaiyyətlə əlaqələr şöbəsinin rəhbəri İbrahim Kərbəlayev apa-ya bildirib ki, ilkin olaraq hadisənin qaz sızmasından baş verdiyi ehtimal olunur.
“Dünən ərazidə hansısa qazıntı işləri aparılıb və MTK-ya məxsus qaz xəttinə toxunma olub. Partlayışın da sızma səbəbindən baş verdiyi ehtimal edilir”.
“Azəriqaz” rəsmisi əlavə edib ki, hadisə ilə əlaqədar 1000-ə yaxın abonentin qaz təchizatı dayandırılıb.

Həmçinin oxuyun

Pensiya, maaş və müavinətlər yenidən artırılır

Cari ilin yanvar ayında ölkədə əmək pensiyaları artırılsa da, maaş və əlilliklə bağlı müavinətlər olduğu …