Ana səhifə / Sosial / Partiya sədri istefa verdi – Azərbaycanda

Partiya sədri istefa verdi – Azərbaycanda

Azərbaycan İslam Partiyasının (AİP) sədr əvəzi Elçin Manafov partiyadan istefa verib.

Publika.az-a açıqlamasında E. Manafov bildirib ki, ümumiyyətlə siyasətdən kənarlaşmaq niyyətindədir: “Siyasi fəaliyyətdən kənarlaşmağı məqsədəuyğun saydım. İslam maarifçiliyi ilə bağlı cəmiyyət qurub fəaliyyət göstərmək niyyətindəyəm. Sədr əvəzi vəzifəsinə gənc kadr İlham Əliyev gəldi. Uzun zamandır layiqli namizəd gözləyirdim ki, bu postu təhvil verim”.

O, partiyadan gedişi ilə hər hansı qopmaların olmayacağını söyləyib: “Mənim partiyadakı fəaliyyətim dövründə müavinlərimdən kimlərinsə quracağım cəmiyyətə gələcəyi gözlənilir. Amma bunu qopma saymaq olmaz. Çünki hər kəs vəzifəyə gələndə ətrafında yeni adamlar partiyaya gəlir. İlham Əliyevin özü ilə yeni kadrların gələcəyi istisna deyil”.

Qeyd edək ki, E. Manafov AİP sədri Mövsüm Səmədov həbs olunduğu 2011-ci ildən etibarən partiyada sədr əvəzi vəzifəsini icra edirdi.

Həmçinin oxuyun

Pensiya və müavinətlər artırıla bilər – VİDEO

Cari ilin ortaları pensiyaların yenidən artırılacağı gözlənilir. Bunu millət vəkili Aydın Hüseynov deyib. O bildirib …

Bir cavab yazın