Çərşənbə , Dekabr 2 2020
Ana səhifə / Sosial / Partiya qərar verdi, Hacıbala Abutalıbov məhkəməlik oldu

Partiya qərar verdi, Hacıbala Abutalıbov məhkəməlik oldu

Müsavat Partiyası Bakı Şəhər İcra Hakimiyyətini məhkəməyə verəcək. Bu barədə Modern.az-a Müsavat Partiyası başqanının müavini Elman Fəttah bildirib.

Onun sözlərinə görə, bu qərar Müsavat Partiyası Divanının aprelin 20-də keçirilən iclasında verilib:

“İclasda BŞİH-in partiyanın yürüşlə bağlı müraciətinə cavab verilməsindən imtina edilməsi qanun pozuntusu kimi qiymətləndirildi. Bu səbəbdən BŞİH-in məhkəməyə verilməsi ilə bağlı qərar qəbul edilib. Artıq sənədləşmənin hazırlanması ilə bağlı partiyanın hüquqşünaslarına tapşırıq verilib. Yaxın günlərdə hüquqşünaslar lazımı sənədləri hazırlayan kimi məhkəməyə müraciət ediləcək”.

Müsavat Partiyası aprelin 19-da Bakı şəhəri Yasamal rayonunun ərazisindəki metronun “20 Yanvar” stansiyasının yaxınlığındakı meydandan başlayaraq, Həsən bəy Zərdabi küçəsindən keçməklə Yasamal rayon İdman-Sağlamlıq Kompleksinin (keçmiş “Məhsul” stadionu) stadionuna qədər hərəkət etməklə yürüş keçirmək məqsədilə Bakı Şəhər İcra Hakimiyyətinə müraciət edib. Amma Bakı Şəhər İcra Hakimiyyəti 19 aprel tarixinə təyin edilmiş yürüşə razılıq verilməyib. Səbəb kimi həmin ərazidə təmir-tikinti işlərinin gedişi və nəqliyyatın hərəkətinin intensivliyi göstərilib.

 

Həmçinin oxuyun

“SMS icazə” ilə bağlı VACİB AÇIQLAMA

Xəbər verdiyimiz kimi, Türkiyədə koronavirusa yoluxma hallarının artmasına görə karantin rejimi sərtləşdirilib. Bu barədə Türkiyə …

Bir cavab yazın