Cümə axşamı , Aprel 18 2024
Ana səhifə / Sosial / Parlamentin komitə iclasında qalmaqal

Parlamentin komitə iclasında qalmaqal

Milli Məclisin Mədəniyyət komitəsinin 11 dekabr tarixli iclası özünün gözlənilməzliyi ilə yadda qalıb. Komitə yeni sədri Rafael Hüseynov (bundan əvvəl komitəyə sədrliyi Nizami Cəfərov icra edirdi-red.) iclasa qatılmayan deputatlara iradını bildirib. 
Komitə sədri çıxışında bu kimi halların növbəti iclasda da davam edəcəyi təqdirdə parlamentin sədrinə və İntizam Komissiyasına rəsmi şəkildə müraciət edəcəyini bəyan edib. Onun sözlərinə görə, parlamentdə komitələrin sayı artdığından, komitələrin üzvlərinin sayında məhdudiyyət yaranıb: “Misal olaraq, bizim komitənin 6 üzvü var. Ona görə də komitə iclaslarında bütün üzvlərin iştirakı zəruridir. Bu da tək bizim komitənin üzvlərinə deyil, bütün deputatlara aiddir. Çünki onların iclasda iştirak etməməsi bütövlükdə Milli Məclisin fəaliyyətinin pozulması deməkdir.
Ona görə də bu gün komitənin iclasda iştirak etməyən üzvlərinə sadəcə xəbərdarlıq edin, gələn dəfə eyni hal təkrarlanarsa, o zaman parlamentin sədrinə və İntizam Komissiyasına rəsmi şəkildə müraciət edəcəyik”.
“Report” xəbər verir ki, R.Hüseynov ardınca bunları bildirib: “Bu gün komitənin üzvlərindən Ülviyyə Həmzəyeva və Zeynəb Xanlarova iclasa qatılmayıb. Komitənin katibliyi Ülviyyə Həmzəyevaya zəng edərək iclasa gəlməyinin vacibliyini bildirib. O isə işi çıxdığından iclasa qatıla bilməyəcəyini qeyd edib. Bir insanın həyatında Milli Məclisə seçilməkdən şərəfli bir iş yoxdur. Bundan vacib sizin üçün nə iş ola bilər?! Ona görə də xahiş edirəm ki, gələn dəfə üçün gəlməyənlər haqqında ciddi tədbirlər görülsün. Zeynəb Xanlarovanı da hər kəsdən əvvəl tanıyıram. O, mədəniyyətimiz üçün mühüm işlər görüb və bizim üçün çox gərəkli insandır. Əsas istəyimiz odur ki, o da iclasda iştirak etsin və öz məsləhətləri ilə komitənin işinin inkişafına öz töhfəsini versin”.
Modern.az saytı məsələ ilə əlaqədar Zeynəb Xanlarovanın özü ilə əlaqə saxlamağa çalışıb. Köməkçisi Zeynəb Xanlarovanın adından onun iclasa nə üçün qatıla bilməməsinin səbəbini açıqlayıb. “Zeynəb xanım xəstədir. İclasa qatıla bilməməsinin də səbəbi boğaz ağrısıdır. Başqa heç nə deyə bilmərəm”.
 
Komitə sədrinin xəbərdarlıq etdiyi xanım deputat Ülviyyə Həmzəyeva AzVision.az-a açıqlamasında əvvəlcədən iclasa gələ bilməyəcəyi haqda məlumat verdiyini bildirib: “Mən əvvəlcədən nə üçün iclasa gələ bilməyəcəyimlə bağlı Milli Məclisə məlumat vermişdim. Bu, nə söhbətdir? Mən işimə məsuliyyətli insanam. Belə səhlənkarlığa yol vermərəm”.
Yeri gəlmişkən, parlamentin növbəti plenar iclasına yeni təkliflər göndərilib. Belə ki,  Azərbaycanda təbii qazın, elektrik və ya istilik enerjisinin talanmasına görə yeni cəzalar müəyyənləşdirilir. APA ttps://apa.az/-nın məlumatına görə, bununla bağlı yeni İnzibati Xətalar Məcəlləsinə yeni bənd salınıb. Yeni Məcəllənin 282-ci maddəsinin ilk bəndində deyilir ki, təbii qazın, elektrik və ya istilik enerjisinin talanması nəticəsində az miqdarda ziyan vurduqda fiziki şəxslər 100 manatdan 150 manata qədər, vəzifəli şəxslər 800 manatdan 1000 manata qədər, hüquqi şəxslər isə 2 000 manatdan 2 500 manata qədər cərimələnəcəklər. “Qeyd” hissədə göstərilir ki, burada az miqdarda dedikdə 1000 manata qədər dəyən ziyan əsas götürülür.
Hazırda qüvvədə olan məcəllədə isə yalnız təbii qazın, elektrik və ya istilik enerjisinin istifadə qaydalarının pozulmasına görə cərimələr nəzərdə tutulur. İstifadə qaydalarının pozulmasına görə fiziki şəxslər 30 manatdan 40 manata qədər, vəzifəli şəxslər 70 manatdan 90 manata qədər, hüquqi şəxslər isə 250 manatdan 300 manata qədər cərimələnir. Bu bənd yeni məcəllədə də saxlanılıb.
Azərbaycan prezidenti tərəfindən təqdim olunan yeni İnzibati Xətalar Məcəlləsi Milli Məclisin plenar iclasına tövsiyə olunub.
Azərbaycan Milli Məclisinin 2015-ci ilin payız sessiyasında son plenar iclasının tarixi məlum olub. Milli Məclisdən verilən məlumata görə, iclas dekabrın 29-a təyin olunub. İclasın gündəliyi MM-in dekabrın 18-də keçiriləcək plenar iclasından sonra məlum olacaq.

 

Həmçinin oxuyun

Təhsil Nazirliyi tender keçirmədən 2 milyonu Ramiz Mehdiyevin oğlunun şirkətinə verdi

Elm və Təhsil Nazirliyi “Şərq-Qərb” ASC (VÖEN – 2000043631) ilə 1 milyon 996 min 500 …

Bir cavab yazın