Çərşənbə , Oktyabr 21 2020
Ana səhifə / Sosial / Parlamentdə intizam komissiyası toplaşacaq – Zahid Orucla bağlı

Parlamentdə intizam komissiyası toplaşacaq – Zahid Orucla bağlı

Milli Məclisin intizam komissiyası iyulun əvvəllərinə təyin etdiyi toplantısını bu günə təyin edib.
Bu barədə komissiya üzvlərindən biri məlumat verib. Parlamentin mətbuat xidmətindən isə deyilib ki, komissiya iclasları barədə məlumatlar xüsusi zərurət olduğu halda ictimailəşdirilir.
Qeyd edək ki, iclasda deputat Zahid Orucla spiker Oqtay Əsədov arasında baş vermiş insident müzakirə olunacaq. Parlament sədri növbədənkənar iclasın son toplantısında baş verənlərə görə intizam komissiyasının sədri Ağacan Abiyevə Z.Orucun davranışları ilə bağlı araşdırma aparmağı və deputatın hərəkətlərinə qiymət verməyi tapşırmışdı.
Ağacan Abiyev isə jurnalistlərə açıqlamasında 12 komissiya üzvünün və Z.Orucun iştirakı ilə məsələyə qiymət veriləcəyini deyib. Ancaq onun cəzalandırılmasını istisna edən komissiya sədri deputata tövsiyələrin ediləcəyini bildirib. A.Abiyev deyib ki, sədrlə söz güləşdirməyə heç kəsin ixtiyarı yoxdur.
“Ağacan Abiyevə hörmətlə yanaşıram. Əlbəttə ki, istənilən məsələyə baxmaq intizam komissiyasının hüququdur. Sözü gedən bugünkü hadisəyə gəldikdə isə hesab edirəm ki, hər kəs şahiddir, parlament üzvü kimi məsələyə münasibətdə öz düşüncələrimi bölüşdüm”. Bu fikirlər isə deputat Zahid Oruca məxsusdur.
musavat.com

 

Həmçinin oxuyun

Ali məktəblər bu il təhsil haqqını azaldacaq? – AÇIQLAMA

“Ödənişli əsaslarla təhsil alan tələbələrimiz bəzi imtiyazlara görə təhsil haqqından azad idilər. Onların ödənişini dövlət …

Bir cavab yazın