Çərşənbə , Oktyabr 21 2020
Ana səhifə / Sosial / Parlamentdə daha bir qalmaqal – Bu dəfə vitse-spikerlə…

Parlamentdə daha bir qalmaqal – Bu dəfə vitse-spikerlə…

Milli Məclisin növbədənkənar iclasının sonuna yaxın millət vəkili Fuad Muradovla birinci vitse- spiker Ziyafət Əsgərov arasında gərginlik yaşanıb.

Qafqazinfo” xəbər verir ki, buna səbəb “Daşınmaz əmlakın dövlət reyestr haqqında” qanuna dəyişikliklər zamanı F. Muradovun Z. Əsgərovun fikirlərinə irad tutması olub:

“Mən bilmirəm sizin dediklərinizin müzakirə olunan məsələyə nə aidiyyatı var?”.

Sonra millət vəkili çıxışında torpaqlarla bağlı bölgələrdəki duruma toxunub .

Bundan sonra birinci vitse- spiker ironik şəkildə F. Muradova “ Fuad müəllim, siz hansı dairədən deputat seçilmisiniz” sualını verib.

F. Muradov da əsəbi tərzdə Z. Əsgərova “Milli Məclisin saytına girsəniz, orda var”- deyə, cavab verib.

Bu zaman birinci vitse-spiker də uca səslə ona belə cavab verib:

“Siz hansısa kənd rayonundan seçilməmisiniz. Əgər Yardımlının dağ kəndindən seçilsəydiniz, onda bu barədə danışa bilərdiniz. Ümumiyyətlə isə, bu qanun layihəsini oxumamısınız. Oxusaydınız, belə deməzdiniz”.

Həmçinin oxuyun

Ali məktəblər bu il təhsil haqqını azaldacaq? – AÇIQLAMA

“Ödənişli əsaslarla təhsil alan tələbələrimiz bəzi imtiyazlara görə təhsil haqqından azad idilər. Onların ödənişini dövlət …

Bir cavab yazın