Cümə axşamı , Aprel 25 2024
Ana səhifə / Sosial / Parkları kim zibilliyə çevirir? – VİDEO

Parkları kim zibilliyə çevirir? – VİDEO

Xaçmaz ərzisində istər qış istərsədə yay mövsümündə dincəlmək üçün müxtəlif yerlərdə istirahət və əyləncə parkları yaradılıb.
Fəvvarələr parkında bu baxımdan problem olmasa da digər cəhətlərdən çətinliklər yaşanmaqdadır. Belə ki, yaşıllıq ərazidə yerləşdirilən oturacaqlar sakinlər tərəfindən sındırırlır. Bəzən bu xoşagəlməz hərəkətlər heykəllərə qarşı da edilir.
Arif Həcaliyev (nəzarətçi): “Qadınlar, cavan uşaqlar və s “semiçka”nı çırtlayıb yerə tökürlər. Halbuki onu zibil qabına da tökmək olardı. İrad bildirəndə isə etiraz edirlər”.
Şəxsiyyətlər parkı rayonun böyük parkları sırasında yer alır. Lakin ərazisi kifayət qədər geniş olan parkın daxilində zibil qutuları azlıq təşkil edir.
Parkın ərazisində velosiped sürməyi qadağan edən nişanlar qoyulsa da piyadalar üçün nəzərdə tutulmuş yolu bu nəqliyyat vasitəsi ilə keçənlərə də rast gəldik. Qadağalara əməl etməyənlərin cərimələnməsinə gəlincə:
Arif Həcaliyev (nəzarətçi): “Əfsuslar olsun ki, bizdə o hüquq yoxdur. Olsa, yaxşı olar. Bəzi insanlar var ki, heykəllərin vurub qolunu sındırır”.
Parkları qorumaq və zibillənməsinin qarşısını almaq hər birimizin borcudur. Çünki bu məkanlar əksəriyyətmizin sakitlik tamaq üçün üz tutduğumuz yerlərdir. Ərazini zibilləmək və ya korlamaqla isə özümüzlə yanaşı digərlərinin də rahatlığını pozmuş olururq.

Həmçinin oxuyun

Sabiq baş pediatr Nəsib Quliyev intihar edib – Rəsmi

Azərbaycanın sabiq baş pediatrı Nəsib Quliyev intihar edib.Bu barədə Baş Prokurorluğun Mətbuat xidməti məlumat yayıb.Bildirilib …