Bazar ertəsi , Aprel 19 2021
Ana səhifə / Sosial / Parklanma tarifləri müəyyən edilmir, toplanan pulların isə hara getdiyi məlum deyil – VİDEO

Parklanma tarifləri müəyyən edilmir, toplanan pulların isə hara getdiyi məlum deyil – VİDEO

Bir neçə ildir ki, paytaxt Bakıda parklanma ilə bağlı tariflər müəyyən edilmir. Paytaxtda nəqliyyatın hərəkətinin tənzimlənməsi işinin həvalə olunduğu Bakı Nəqliyyat Agentliyi isə artıq 5 ildir ki, fəaliyyət göstərir.

3 ildən də çoxdur ki, paytaxtda parklanmaların təşkili və bununla bağlı qaydaların tənzimlənməsi bu Agentliyə tapşırılıb. Lakin hələ də parklanma tarifləri müəyyən edilməyib. Parklanma nişanı olan ərazilərdə də müxtəlif şəxslər sürücülərdən ödəniş tələb edirlər. Onlar müsahibə vermək istəməsələr də, parklanma şrkətlərindən birinin əməkdaşları olduğu üzə çıxdı.

Sürücülər də bu cür xaotik vəziyyətin xoş olmadığını deyərək, müəyyən tarif təyin edilməsini daha məqsədəuyğun sayırlar.

Yol hərəkəti üzrə ekspert Ərşad Hüseynov deyir ki, Bakıdakı parklanma yerlərində qismən də olsa müəyyən məbləğlər toplanır. Amma o pulların hara getdiyi məlum deyil və dövlət büdcəsi bunu itirir. Parklanmaların düzgün təşkil olunmaması isə xaosun yaranması ilə nəticələnir.

Məsələ ilə bağlı Bakı Nəqliyyat Agentliyindən bildirildi ki, 3 ilə yaxındır, parklanma tarifləri ilə bağlı təkliflər hazırlanaraq Nazirlər Kabinetinə göndərilib. Lakin bununla bağlı hər hansı qərar verilməyib.

Həmçinin oxuyun

Baş infeksionist: “O zaman rahat olacağıq ki…“

“Yeni növ koronavirus (COVID-19) infeksiyaya qarşı effektiv bir vasitə, antiviral preparat yoxdur. Belə situasiyada təbii …