Cümə axşamı , Mart 28 2024
Ana səhifə / Sosial / Paranoid şizofreniya xəstəsinin pensiyası kəsildi – VİDEO

Paranoid şizofreniya xəstəsinin pensiyası kəsildi – VİDEO

Mingəçevirdə yaşayan “paranoid şizofreniya” xəstəsinin pensiyası kəsilib. Həmin şəxsə 2004-cü ildən bəri 2-ci qrup əllilik dərəcəsi təyin edilib. Həkimlər isə belə qənatə gəliblər ki, xəstə sağala bilər. Ailə isə bununla razılaşmır.

17 il təqaüd alan 2-ci qrup paranoid şizofreniya xəstəsinin pensiyası kəsilib.

Mingəçevirdə yaşayan Ağdam rayonundan məcburi köçkün Rauf Babayev 2004-cü ildən Mingəçevir şəhər Ruhi Əsəb Xəstəlikləri dispanserində qeydiyyatdadır. Həmin ildən ona xəstəliyinə uyğun olaraq 2-ci qrup əlillik dərəcəsi təyin edilib. Bu illər ərzində Rauf Babayev Maştağada və Gəncə şəhərində yerləşən ruhi əsəb dispanserlərində müalicə alıb. Həyat yoldaşı deyir ki, Rauf Babayev müalicəsini davam etdirməsə, onda narahatlıqlar daha da artır. Amma buna baxmayaraq, ona iyul ayında əllik dərəcəsinin verilməsindən imtina gəlib.

Rauf Babayevin qonşuları da onun xəstəlikdən əziyyət çəkdiyini deyirlər.

Rauf Babayevin uzun müddət müalicə aldığı Mingəçevir şəhər Ruhi Əsəb Xəstəlikləri Dispanserindən məsələyə münasibət öyrəndik.

Tibbi Sosial Ekspert Komissiyasının tələbi belədir ki, Rauf Babayevin əlavə müalicəyə ehtiyacı var. Tibbi-Sosial Ekspertiza və Reabilitasiya  Agentliyindən isə bildirildi ki, Rauf Babayevin xəstəliyinin başlanma tarixi 1978-ci il olmasına baxmayaraq, səhiyyə müəssisəsi tərəfindən tərtib olunmuş “Forma 88” arayışında onun yalnız 2015-ci və 2021-ci ildə stasionar müalicə aldığı barədə məlumat qeyd olunub. Bu səbəbdən onun əlilliyinin qiymətləndirilməsi ilə bağlı göndərişi həmin səhiyyə müəssisəsinə geri göndərilib. Buna baxmayaraq, Rauf Babayev Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Agentliyi tərəfindən yerli TSEK-də əyani müayinə olunacaq, məhz bundan sonra onun əlilliyi ilə bağlı müvafiq qərar veriləcək.

Həmçinin oxuyun

“OMİD” 10 min manatədək cərimə oluna bilər – Məhkəmə davam edir

Azərbaycanda inşaat mallarının topdan və pərakəndə satışı üzrə ən böyük satış mərkəzlərindən birinə sahiblik edən …