Cümə , Aprel 19 2024
Ana səhifə / Sosial / Papa Qarabağ münaqişəsinin həlli yolunu açıqladı

Papa Qarabağ münaqişəsinin həlli yolunu açıqladı

Bir neçə gün öncə Bakıda səfərdə olan Roma Papası Fransisk Dağlıq Qarabağ münaqişəsi ilə bağlı mühüm açıqlama verib.

AzVision.az-ın RİA Novosti-yə istinadən verdiyi məlumata görə, Papa Qafqaz regionuna səfərinin yekunlarına dair mətbuat konfransında bildirib ki, Dağlıq Qarabağ münaqişəsini həll etməyin yeganə yolu tərəflər arasında sülh danışıqlarıdır.

“Hesab edirəm ki, Dağlıq Qarabağ münaqişəsinin yeganə həll yolu tərəflər arasında beynəlxalq normalar çərçivəsində sülh danışıqlarının aparılmasıdır. Digər yol müharibədir, müharibə isə həmişə dağıntılara səbəb olur, şəhərlər və kəndlər xarabalığa çevrilir. Münaqişəsinin hərbi yolla həlli yoxdur. Sülh üçün dua etmək lazımdır”, – deyə Roma Papası bildirib.

Həmçinin oxuyun

Təhsil Nazirliyi tender keçirmədən 2 milyonu Ramiz Mehdiyevin oğlunun şirkətinə verdi

Elm və Təhsil Nazirliyi “Şərq-Qərb” ASC (VÖEN – 2000043631) ilə 1 milyon 996 min 500 …

Bir cavab yazın