Ana səhifə / Sosial / Pandemiyanın məşğulluq sahəsindəki fəsadları açıqlandı

Pandemiyanın məşğulluq sahəsindəki fəsadları açıqlandı

COVID-19 pandemiyası nəticəsində dünyada gənclərin (29 yaşınadək şəxslərin) altıda biri iş yerini itirib.

“Report” “İnterfax”a istinadən xəbər verir ki, bu barədə Beynəlxalq Əmək Təşkilatının (İLO) rəhbəri Qay Rayder məlumat verib.

O, pandemiyanın doğurduğu iqtisadi böhranın daha çox gənclərə, xüsusilə də qadınlara zərbə vurduğunu qeyd edib.

Həmçinin təhsildə də fəsadlar törədən koronavirus pandemiyası nəticəsində tələbələrin yarısına qədəri tədrisdə ləngimələr yarandığını, 10 faizinin isə təhsili başa vura bilməyəcəkləri qənaətində olduğunu diqqətə çatdırıb.

Həmçinin oxuyun

Başı yarılan uşağa yardım etməyən həkimlərlə bağlı qərar verildi

Jurnalist Məhərrəm Əliyev bir neçə gün öncə qardaşı oğlunun başından xəsarət aldığını, lakin xəstəxanaların heç …