Cümə axşamı , Aprel 25 2024
Ana səhifə / Sosial / Pandemiyanı uşaqlara necə izah etməli – VİDEO

Pandemiyanı uşaqlara necə izah etməli – VİDEO

Koronavirus pandemiyasına görə dünya boyu məktəblərin çoxu bağlanıb. UNESCO təhsil müəssisələrinin bağlanmasının bütün dünyada məktəblilərin 87 faizini əhatə etdiyini bildirir. Uşaqların çoxu bunun səbəbinin virusla bağlı olduğu bilir, lakin valdeynlər karşısında bir sual durur: onlara pandemiyanın nə demək olduğunu necə anlatmaq olar?

Dünyanın demək olar bütün ölkələrində uşaq oyun meydançaları və məktəblər koronavirus pandemiyasına görə bağlıdır.

Uşaqlar evdə ailələri ilə birlikdədir və çox vaxt valideynləri kimi koronavirus haqda xəbərləri eşidir. Bu, onları qorxuda bilər.

“Uşaqlarla danışmağa başlamaq və onların nə bildiyini öyrənmək hər zaman mühümdür. Onlardan nə eşitdiklərini, nə bildiklərini və bunlar barədə nə düşünüb, nə hiss etdiklərini soruşun. Uşağın inkişafına uyğun bir şəkildə həqiqəti söyləmək çox önəmlidir. Biz uşaqlarda arxayınlıq yaratmaq istəyirik”, Klivlend Uşaq Xəstəxasının həkimi Keyt Eşleman bildirir.

“Siz 5 yaşındakı uşaqla yeniyetmə ilə olduğu kimi danışmağı düşünmürsünüz. Amma onların məsələnin nə qədər ciddi olduğunu başa düşməsi də vacibdir”, Judge Baker Uşaq Mərkəzinin həkimi Robert Franks deyir.

Robert Franks jurnalistlər üçün mənbə olan Newswise saytında ekspertlərdən ibarət qrup müzakirələrində iştirak edib. Hazırda Harvard universitetinin nəzdindəki uşaq mərkəzi klinikasında çalışan Franks deyib ki, valideynlərin uşaqların böyüklərin davranışından nümunə götürdüyünü yadda saxlaması vacibdir.

“Bizim narahatlığımız onlara keçir. Qorxularımız onlara keçir. Əgər siz hər gün 24 saat xəbərləri izləyirsinizsə, onlar da bunu görəcək. Onlar bizim reaksiyamızı görəcək və bizim sosial təcrid məsələsinə nə qədər ciddi yanaşmağımızı bizdən öyrənəcəklər.”

Əgər böyüklər xəbərləri izləmək istəyirsə, bunu həmişə uşaqların yanında etməmək lazımdır. Bir qədər onlar da baxa bilər, amma bunu birlikdə edin ki, onlara sual verə və onları narahat edən suallara cavab verə biləsiniz”, Klivlend Uşaq Xəstəxasının həkimi Keyt Eşleman bildirir.

Eşleman deyir ki, uşaqlar sual verəndə və siz cavabı bilməyəndə bunu onlara demək olar, çünkü bu, bizim çoxumuz üçün əvvəllər qarşılaşmadığımız yeni bir vəziyyətdir.

Həmçinin oxuyun

Sabiq baş pediatr Nəsib Quliyev intihar edib – Rəsmi

Azərbaycanın sabiq baş pediatrı Nəsib Quliyev intihar edib.Bu barədə Baş Prokurorluğun Mətbuat xidməti məlumat yayıb.Bildirilib …