Cümə axşamı , Noyabr 26 2020
Ana səhifə / Sosial / PA-nın şöbə müdirindən sərt ifadə: “Kimə maraqlı olmasa, iclası tərk edə bilər”

PA-nın şöbə müdirindən sərt ifadə: “Kimə maraqlı olmasa, iclası tərk edə bilər”

Prezident Administrasiyası rəhbərinin müavini, beynəlxalq əlaqələr şöbəsinin müdiri Novruz Məmmədov Diasporla İş üzrə Komitənin dəstəyi, Nizami Gəncəvi Beynəlxalq Mərkəzinin təşkilatçılığı ilə 3-cü Qlobal Bakı Forumunda çox kəskin çıxış edib.

O, çıxışdan öncə Azərbaycan tərəfdən çıxış edənlərin sayının az olduğu üçün əlavə vaxt verilməsini xahiş edib. Ardınca isə aydın şəkildə  “kimin üçün maraqlı olmasa, iclası tərk edib gedə bilər”,  – deyib. Dövlət rəsmisi bildirib ki, vaxtilə universitetdə dərs dediyi zaman Azərbaycanın haqlı səsinin eşidiləcəyinə, haqq-ədalətin bərpa ediləcəyinə inandığını bildirdi:  “Ancaq sonradan biz yanıldığımızı gördük və inamımız sındı. Azərbaycanın 20 faiz ərazisi işğaldadır.  Bu gün bu münaqişə Minsk qrupunun monopoliyasına verilib. Ancaq hamı bilir ki, bu qrup münaqişəni həll edə bilməz. İlk dövrlərdə Dağlıq Qarabağ münaqişəsi ilə bağlı ədalətli mövqe ortaya qoyulsa,  münaqişə həll edilsəydi, ondan sonra Gürcüstan, Moldova və Ukrayna ilə bağlı problemlər bəlkə də yaranmazdı”.

“Əlbəttə, bizim nöqsanlarımız da çoxdur. Amma bu nöqsanlara bu cür yanaşmaq olmaz. Hər gün Azərbaycanı təzyiq altında  saxlamaq iddiasını görürük. Nə üçün belə olmalıdır?” – deyə, N. Məmmədov gileyini də bildirib. Əlavə edib ki, Azərbaycanda demokratiya ilə bağlı problem ola bilər. Amma əgər Qərb səmimidirsə, nə üçün Azərbaycan ərazilərinin 25 ildən artıq işğal altında olması barədə bir mövqe ortaya qoymurlar: “İnsan hüquqları pozulursa, başa düşürəm bunu tənqid etmək lazımdır.  Amma 25 ildir 1 milyon insanın haqı pozulub, niyə bir dövlət başçısı ortaya  prinsipial mövqe qoymur,  Qərb bir kəlmə demir. Bu gün beynəlxalq aləmdə ən böyük böhran ədalət böhrandır.  Ədalət yoxdur. Bu vəziyyət nə Qərb üçün yaxşıdır, nə də bizimçün”.

N.Məmmədov deyib ki, qədim yunanlarda olimpiada vaxtı düşmənçiliklər dayanardı: “Amma Azərbaycanda keçiriləcək Avropa  oyunları ərəfəsində bizə elə kütləvi hücum başlayıb ki,  biz bunu təsəvvür edə bilmirik. Bəlkə olimpiada bitərdi, sonra başlayardılar.  Biz bildiklərimizin hamısını sizə desək, heyrətə gələrsiniz”.  

PA rəsmisi 2012-ci ildə “Avrovizion” ərəfəsində də eyni basqıların olduğunu dedi.

PA rəsmisi deyib ki,  Azərbaycan 24 illik müstəqilliyi dövründə  Qərblə səmimi əməkdaşlıq edərək, bunun əvəzində yeganə bir şey istəyib: “Azərbaycanın ərazi bütövlüyünün işğaldan azad olunmasında ədalətli mövqe. Amma biz bunu görmədik. Avropaya olan səmimi münasibətimiz tükənir. Sanki, Azərbaycanı Liviya, Suriya dövlətinə çevirmək istəyirlər. Buna imkan verilməyəcək. Nə üçün Dağlıq Qarabağdan əlavə 7 rayon 24 ildir işğal altındadır. Amma bir dövlət bu məsələni qaldırmır. Niyə?!”.

Musavat.com

 

Həmçinin oxuyun

Kərəm Həsənovdan Prezidentə şikayət olundu – NARAZILIQ…

Bakı şəhər sakini Gülarə Əliyeva Prezident Administrasiyasının Dövlət nəzarəti şöbəsinin müdiri Kərəm Həsənovdan redaksiyamıza şikayət …

Bir cavab yazın