Çərşənbə axşamı , Aprel 16 2024
Ana səhifə / Sosial / Pənah Hüseyn: “Xalq Hərəkatı yaradılmalıdır”

Pənah Hüseyn: “Xalq Hərəkatı yaradılmalıdır”

“14 siyasi partiya rəhbəri dünən keçirilən müzakirələrə qatılmışdı. Təkliflər səsləndi və dəyərləndirilməsi üçün İşçi Qrupu yaradıldı. Təklif etdim ki, müxalifətin iştirakı ilə Xalq Hərəkatı yaradılmalıdır. Yəni, indiki iqtisadi böhran vəziyyətində milli gücün səfərbər olunması baxımdan kütləvi hərəkata ehtiyac yaranır”.

Bunu APA-ya açıqlamasında Azərbaycan Xalq Partiyasının (AXP) sədri Pənah Hüseyn deyib. O bildirib ki, yaranacaq hərəkat Milli Şuraya və toplantıya qatılmayan partiyalara alternativ deyil. Onun sözlərinə görə, məqsəd yalnız geniş formatda müxalifətin birliyi və alternativ fikirlərin birgə ifadəsinə nail olmaq və çıxış yollarını tapmaqdır. P. Hüseyn qeyd edib ki, aparılan müzakirələrin yekununda ölkə başçısına görüş üçün müraciət ediləcək: “Müzakirələrin yekunu olaraq, İşçi Qrupu tərəfindən müəyyən təkliflərin ölkə başçısına çatdırılması üçün müraciət olunacaq. Hesab edirik ki, dövlət başçısına düzgün məlumatlar çatdırılmır və buna görə, iqtidarın təsəvvürləri vəziyyətə adekvat deyil”.

P. Hüseyn toplantıda Müsavat və Azərbaycan Xalq Cəbhəsi Partiyasının iştirak etməməsinə də münasibət bildirib. O qeyd edib ki, müxalifət ümummilli problemlərin həllində birləşməli və intriqaya getməməlidirlər.

Müsavatın Mərkəzi İcra Aparatının rəhbəri Gülağa Aslanlı isə bildirib ki,Müsavat Partiyası özünün bildiyi yolla gedir və ona görə də bu kimi tədbirlərdə iştirak etmir. O, partiya Divanının bu gün keçiriləcək iclasında bunun səbəblərinin açıqlanacağını deyib.

Həmçinin oxuyun

Vəfat edənlərin pensiya kapitalını bu şəxslər ala bilər? – Açıqlama

 “Pensiya yaşına çatmadan dünyasını dəyişən insanların pensiya kapitalı qanunla heç kimə verilməli deyil”.  Bunu Qaynarinfo-ya …

Bir cavab yazın