Cümə axşamı , Aprel 18 2024
Ana səhifə / Sosial / Öz ikiüzlülüyünə dözə bilməyib, intihar edən gənc adam… – FOTOLAR

Öz ikiüzlülüyünə dözə bilməyib, intihar edən gənc adam… – FOTOLAR

1800-cü ildə yaşamış Edvard Mordeyk adlı bir şəxsin iki üzü var idi. 23 yaşlı gənc buna dözə bilməyib, intihar etmişdi.

Musavat.com sizə tarixin ikiüzlü adamı kimi tanınan Edvard haqqında maraqlı məlumatları təqdim edir.

Edvard Mordey 19-cu əsrdə İngiltərədə dünyaya gəlib. Dünyaya gəldiyi gündən onu digər insanlardan fərqləndirən bir amil var idi. Normal öndə olan üzünün eynisi başının arxasında da kiçik ölçüdə var idi.

Uşaq vaxtı insanların qorxduğunu və dostlarının onunla oynamaqdan çəkiniyini hiss etməyən Edvard böyüdükcə yavaş-yavaş durumu anlamağa başladı. Bu iki üzün ən qorxunc tərəfi isə Edvardın ağlayarkən arxadakı üzünün gülməsi, gülərkən isə arxadakı üzün ağlaması idi.

Başının arxasındakı üz Edvarda gecələr qorxunc anlar yaşadırmış. Gündüzlər sakit duran bu üz gecə düşən kimi Edvardı qorxulu səslər çıxararaq yuxudan oyadır, yatmağa qoymurdu.

Похожее изображение

Müalicə almaq və ya əməliyyat olmaq üçün həkimlərə müraciət edən bu gəncin istəyi baş tutmayıb. Həkimlər onun lənətlənmiş olduğunu düşünüb, müayinə belə, etməyiblər. Bu da Edvardın cəmiyyətdən daha da uzaqlaşmasına səbəb olub.

Bu xəstəliyə çox dözə bilməyən gənc 23 yaşında özünü asaraq intihar edib. Arxasında isə sənətçilərə və kinorejissorlara bir ilham olacaq hekayə buraxmışdı.

345535mordra

Dünyaca məşhur kaliforniyalı müğənni Tom Ueyts onun haqqında “Poor Edward” adlı musiqi bəstələmişdi. “Harri Potter”in müəllifi Coan Roulinq də “Fəlsəfə daşı” adlı kitabında Edvardın həyat hekayəsini səhnələşdirmişdi.

Turan Oruc,
Musavat.com

xvoj104dlxg

Картинки по запросу Edward Mordake 23

Həmçinin oxuyun

Paytaxt sakinini həkim yox, texniki işçi əməliyyat edib? – VİDEO

“Məni həkim yox, texniki işçi əməliyyat edib”. Bu iddianı paytaxt sakini Camal Şabanov irəli sürüb. …