Bazar ertəsi , Sentyabr 26 2022
Ana səhifə / Sosial / “Övladımın yaşaması üçün köməyinizi əsirgəməyin” + FOTO

“Övladımın yaşaması üçün köməyinizi əsirgəməyin” + FOTO

8 yaşı gələn ay tamam olacaq Həsən Yusifov leykozdan (qan xərçəngi) əziyyət çəkir. Bu barədə onun anası Gülbəniz Nəzirova saytımıza məlumat verib.

O bildirib ki, Həsən balamız 2 ildir bu xəstəliklə mübarizə aparır. 

Qeyd edək ki, Yusifov Həsən 2014 cu il sentyabrin 9-da Salyanda anadan olub. Həsən balanın atası vəfat edib, Ailənin tək övladıdır. 2020-ci ilin fevral ayında Həsənə leykoz diaqnozu qoyulub və bu vaxtdan B.Eyvazov adına Elmi-Tədqiqat Hematologiya və Transfuziologiya İnstitutunda müalicə alir. Həkimi professor Mireldar Babayevdir.

“Maddi durumumuz həddən artıq ağırdır.Həm övladımın müalicəsi üçün lazım olan dərmanların alınması, həm də müalicəsini davam etdirmək üçün hər bir xeyriyyəçi, imkanı olan insanın dəstəyinə ehtiyacımız var. Övladımın yaşaması üçün köməyinizi əsirgəməyin” – deyə, G.Nəzirova bildirib. 

Dəstək olmaq istəyənlər aşağıdakı kart nömrəsinə ödəniş edə bilərlər:

Həmçinin oxuyun

AZAL Moskva-Bakı biletlərinin maksimal dəyərini açıqlayıb

“Azərbaycan Hava Yolları” QSC (AZAL) Rusiyadan Azərbaycana reyslərə tələbatın artması, habelə aviabiletlərin dəyərinə dair yaranan …