Şənbə , Aprel 20 2024
Ana səhifə / Sosial / Ova gedən 15 yaşlı oğlan özünü öldürüb – VİDEO

Ova gedən 15 yaşlı oğlan özünü öldürüb – VİDEO

Lənkəranda yeniyetmə ehtiyatsızlığın qurbanı olub.

Bədbəxt hadisə rayonun Balıqçılar qəsəbəsində qeydə alınıb. 15 yaşlı Heydər Axundov 11:00 radələrində evdən xəbərsiz çıxaraq quş ovuna gedib. Axşam saatlarında yaxınları Heydərin evə gəlmədiyini görərək onu axtarmağa başlayıb. Bir neçə saat davam edən axtarışdan sonra yeniyetmənin cansız bədəni evdən 300 metr aralıda Xəzər dənizinin sahilində tapılıb.

Məlum olub ki, o ehtiyatsızlıqdan özünü odlu silahdan açılan atəş nəticəsində yaralayıb. Nəticədə Heydər Axundov suya yıxılıb və orada köməksiz vəziyyətdə qalaraq hadisə yerində ölüb. Meyit müayinə olunmaqdan ötrü səhiyyə nazirliyinin Məhkəmə Tibbi Ekspertiza və Pataloji Anatomiya Birliyinin Lənkəran şöbəsinə təhvil verilib.

Artıq hadisə ilə bağlı Lənkəran Rayon Prakurorluğunda cinayət işi açılıb, araşdırma aparılır.

Həmçinin oxuyun

Adı məktəblilərin zəhərlənməsində hallanan şirkət bu dəfə DİM-ə yemək satacaq

Dövlət İmtaham Mərkəzi (DİM) tərəfindən keçirilən tender müsabiqəsinin qalibi “TAİS-İKF” MMC (VÖEN-1400019741) olub.Yeniavaz.com xəbər verir ki, …