Şənbə , Aprel 20 2024
Ana səhifə / Sosial / “Oturmalıdır evində, dövlət pul verməlidir, bu da xərcləməlidir“ – DEPUTAT

“Oturmalıdır evində, dövlət pul verməlidir, bu da xərcləməlidir“ – DEPUTAT

“Cəmiyyətdə elə bir əhval-ruhiyyə yaranmasın ki, oturmalıdır evində, dövlət pul verməlidir, bu da xərcləməlidir”. 

Bunu Milli Məclisin Əmək və sosial siyasət komitəsinin bu gün keçirilən iclasında komitə sədri Musa Quliyev deyib.

O bildirib ki, sosial müdafiə siyasətindən danışanda həmişə aktiv sosial müdafiə tədbirlərini önə çəkmək lazımdır:

“Populist çıxış edərək özünə xal qazanmaq istəyən siyasətçilər passiv sosial müdafiə faktorlarını önə çəkirlər. Yəni, dövlət versin, mən də xərcləyim”.

“Biz aktiv sosial müdafiədən, yeni iş yerlərinin açılmasından, məşğulluqdan, əməkhaqqının yüksəldilməsindən danışmalıyıq. Cəmiyyətdə elə bir əhval-ruhiyyə yaranmasın ki, oturmalıdır evində, dövlət pul verməlidir, bu da xərcləməlidir. Necə ki, ünvanlı sosial yardım nə qədər insanı ələbaxımlı öyrətmişdi” – komitə sədri vurğulayıb. Report

Həmçinin oxuyun

Bakının mərkəzində Xalq şairinin adını daşıyan bağın oturacaqları acınacaqlı vəziyyətdədir – VİDEO

Paytaxtın mərkəzi küçələrindən birində yerləşən Səməd Vurğun bağındakı oturacaqların bir çoxu yararsız vəziyyətdədir. Sözügedən bağdakı …