Ana səhifə / Sosial / Ötən il Azərbaycanda 7000-ə yaxın uşaqsız ailə boşanıb

Ötən il Azərbaycanda 7000-ə yaxın uşaqsız ailə boşanıb

Ötən il Azərbaycanda, ümumilikdə, qeydə alınan 14 857 boşanma halının 6559-u uşaqsız ailələrdə baş verib.
Uşaqlı boşanan ailələrin sayı isə 8298 təşkil edib.
Bundan başqa, iki və daha çox uşaqlı boşanan ailələrin sayı 4404-dür.
Ötən il qeydə alınan boşanma faktlarında nikahın davametmə müddətinə gəlincə, 5 ilə qədər davam edən nikahların sayı 5296, 5-9 il davam edən 4188, 10-19 il davam edən 3441, 20 il və yuxarı davam edən nikahlar 1932 təşkil edib.
Qadın və kişilər arasında yaş qruplarına görə boşanma faktları daha çox 25-29 və 30-34 yaş aralığında qeydə alınıb.
Ötən il ölkədə 62 484 nikah qeydə alınıb. Onlardan 338-i gəlinlər arasında 18 yaşadək olub. Bəylər arasında bu rəqəm 7 olub. 18-19 yaş arasında nikaha girən gəlinlərin sayı 13 795, bəylərin sayı isə 156 nəfər olub. 60 və yuxarı yaşda nikaha girən gəlinlərin sayı 210, bəylər isə 182 təşkil edib.  Report

Həmçinin oxuyun

“Vəziyyətimiz acınacaqlıdır, Kəlbəcərə qayıtmaq istəyirik, adımızı siyahıya salmırlar”

Kəlbəcərin Ağdaban kəndindən olan Sadiq Məmmədov deyir ki, 30 ildən çoxdur qazı, şəraiti olmayan yataqxanada …