Cümə , Aprel 19 2024
Ana səhifə / Sosial / Ötən ay 566 partlamamış hərbi sursat tapılıb

Ötən ay 566 partlamamış hərbi sursat tapılıb

2020-ci ilin fevral ayı ərzində Ərazilərinin Minalardan Təmizlənməsi üzrə Milli Agentlik (ANAMA) tərəfindən Ağdam, Ağcabədi, Ağstafa, Astara, Cəbrayıl, Füzuli, Qazax, Qaradağ, Sabirabad, Salyan, Şəmkir, Tovuz, Tərtər, Xızı, Ucar rayonları və Bakı, Gəncə, Sumqayıt, Lənkəran şəhərləri ərazisində 738 605 m² (73,86 ha) ərazi yoxlanılıb, 566 ədəd partlamamış hərbi sursat (PHS), 4 ədəd piyada əleyhinə, 11 ədəd tank əleyhinə mina (cəmi 581 ədəd) və 1 153 ədəd müxtəlif çaplı patronlar aşkar edilərək zərərsizləşdirilib.

ANAMA-dan verilən məlumata görə, əməliyyatlarda 459 nəfər əməliyyat heyəti, 125 nəfər inzibati heyət, 6 mexaniki minatəmizləmə maşını və 40 minaaxtaran it iştirak edib.

Fevral ayı ərzində Azərbaycan Respublikası Fövqəladə Hallar Nazirliyinin (FHN) Böhran Vəziyyətlərində İdarəetmə mərkəzindən – 1 (bir), Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin (DİN) ″102″ Xidməti-Zəng mərkəzi sistemindən – 23 (iyirmi üç) və Dövlət Sərhəd Xidmətindən (DSX) – 3 (üç) müraciət daxil olub (cəmi: 27 çağırış). Müraciətlər əsasında Daxili İşlər Nazirliyinin, Fövqəladə Hallar Nazirliyinin, Səhiyyə Nazirliyinin və Dövlət Sərhəd Xidmətinin əməkdaşları ilə birlikdə 27 operativ və təxirəsalınmaz əməliyyat çıxışı olub ki, nəticədə Ağcabədi, Ağstafa, Astara, Füzuli, Xızı, Qazax, Salyan, Sabirabad, Şəmkir, Ucar, Tovuz rayonları, Bakı, Gəncə, Lənkəran və Sumqayıt şəhərləri ərazisində 11 490 m² ərazi yoxlanılıb, 57 ədəd partlamamış hərbi sursat (PHS), 2 ədəd piyada əleyhinə mina, 9 ədəd tank əleyhinə mina (cəmi: 68 ədəd) və 1 154 ədəd müxtəlif çaplı patronlar aşkar edilərək yerli əhalinin təhlükəsizliyinin təmin edilməsi məqsədi ilə Agentliyin Mərkəzi Məhvetmə ərazisinə daşınaraq zərərsizləşdirilib.

Ümumiyyətlə, Agentliyin 21 ildən artıq fəaliyyəti ərzində 543 198 172 m² (54 320 ha) ərazi təmizlənmiş, 806 907 ədəd mina və partlamamış hərbi sursat (PHS) tapılaraq zərərsizləşdirilib.

Qeyd edilir ki, 2020-ci ilin fevral ayı ərzində mina/PHS hadisəsi qeydə alınmayıb.

Həmçinin oxuyun

Neftin qiymətində olan artım maaş və pensiyalara təsir edəcək? – VİDEO  

Hazırda dünya bazarında brend markalı neftin qiymətində artımlar müşahidə olunur. Bəs bu artımlar pensiya və maaşların …