Cümə axşamı , Oktyabr 29 2020
Ana səhifə / Sosial / Ötən il ən çox uşaq cənub bölgəsində doğulub

Ötən il ən çox uşaq cənub bölgəsində doğulub

Ötən il Azərbaycanda doğum səviyyəsi Lənkəran (16,4), Dağlıq Şirvan (16,8), Aran (16,1), Quba-Xaçmaz (15,9) və Kəlbəcər-Laçın (15,8) iqtisadi rayonlarında ölkə səviyyəsindən yüksək olub.

2017-ci ildə Ədliyyə Nazirliyinin rayon (şəhər) qeydiyyat şöbələri tərəfindən 144.041 nəfər və ya hər gün orta hesabla 395, saatda isə 16 doğulmuş körpə qeydə alınıb və bu göstərici əhalinin hər 1.000 nəfərinə 14,8 təşkil edib.

Məlumata görə, doğulan körpələrin 2.586-sı əkiz, 57-si üçəm olub.

Qeyd edək ki, yeni doğulan körpələr arasında qızların xüsusi çəkisi 46,8 faiz təşkil edərək hər 100 doğulan qıza 114 oğlan düşüb (bioloji norma 105-107 təşkil edir). Beləliklə, doğulanların cins nisbətinin pozulması ümumi əhalinin cins strukturuna da təsir göstərib və hər 1.000 kişiyə 1.004 qadın düşüb.

Dünyaya gələnlərlə dünyadan köçənlər arasında say nisbətinə gəlincə, ötən il ölkə əhalisinin sayı 88.104 nəfər və ya 0,9 faiz artaraq 2018-ci il yanvar ayının 1-i vəziyyətinə 9.898.085 nəfərə çatıb.

O ki qaldı digər göstəriciyə, ötən il ölkədə 57.109 ölüm halı qeydə alınıb və əhalinin hər 1000 nəfərinə ölüm səviyyəsi 5,9 təşkil edib. (Trend)

Həmçinin oxuyun

İş adamı “McDonald’s“la bağlı dəhşətli faktlar AÇIQLADI

“Onsuz da nə mən, nə ailəm, nə də ki yaxın ətrafım gündəmdə olan məşhur fast …