Çərşənbə , Mart 3 2021
Ana səhifə / Sosial / Ötən ay evlənmək istəyən 56 nəfərdə sifilis aşkarlanıb

Ötən ay evlənmək istəyən 56 nəfərdə sifilis aşkarlanıb

2021-ci ilin yanvar ayında evlənmək istəyən 7949 nəfər tibbi müayinədən keçib. Onlardan 56 nəfərdə sifilis aşkarlanıb. 

Bu barədə Azvision.az -ın sorğusuna cavab olaraq Milli Hematologiya və Transfuziologiya Mərkəzindən məlumat verilib.Bildirilib ki, evlənmək üçün müayinədən keçən 4 nəfərdə HİV müəyyən edilib. Bundan əlavə, 3 cütlükdə talassemiya daşıyıcılığı aşkar olunub.

Ümumilikdə isə indiyədək 711 min 221 nəfər müayinədən keçib. Onlardan 24 min 434 nəfərdə talassemiya daşıyıcılığı, 2705 nəfərdə sifilis, 719 nəfərdə QİÇS təsdiqlənib. Bu dövrdə 286 cütlükdə talassemiya daşıyıcılığı müəyyən olunub. 

Həmçinin oxuyun

Dörd min dollar maaş alan azərbaycanlı müəllim – VİDEO

Ərəbistan yarımadasının cənubunda yerləşən Oman Sultanlığının Maskad şəhərində müəllimlərin maaşı ağıla gəlməyəcək dərəcədə yüksəkdir.Orada yaşayan …