Cümə , Aprel 19 2024
Ana səhifə / Sosial / Oqtay Şirəliyev Beyləqanın kurasiyasına iddia edir – Vaqif Abdullayev yol üstünədir?

Oqtay Şirəliyev Beyləqanın kurasiyasına iddia edir – Vaqif Abdullayev yol üstünədir?

İş adamı Qəhrəman Qəhrəmanov Səhiyyə nazirinin köməkliyi ilə icra başçısı olmaq istəyir. Bunun üçün də Qəhrəmanov iş adamlarını Vaqif Abdullayevə qarşı qışqırdır…

Vaqif Abdullayev rayon sahibkarlarını “aylıq xərac”la boğaza yığıb. Beyləqandan PİA.az-a daxil olan məlumata görə icra başçısının son aylar sahibkar və iş adamlarına qarşı təzyiqləri daha da artıb. Bu isə təbii ki, əhalinin aparıcı sinfi olan iş adamlarını, orta və xırda sahibkarları hakimiyyətdən incik salmaqdadır. Bu barədə PİA.az-a ünvanladıqları şikayət məktubunda bir neçə orta sahibkar bildirilir ki, Vaqif Abdullayev tərəfindən tərəfindən iş adamlarına qarşı edilən təzyiqlərin əsas səbəbi onlardan hər ay yığılan qanunsuz “xərac”dır ki, Vaqif Abdullayev hər ay bu “xərac”ları artıqmaqla rayonda narazılığı daha da böyüdür..

Şikayətçilərin bildirdiyinə görə icra başçısı Beyləqan şəhərinin mərkəzində inşa etdirdiyi muzey və icra hakimiyyətinin qarşısının təmiri adı altında, ya da ayrı-ayrı yerlərin inşa və təmir olunması bəhanəs ilə iş adamllarından dayanmadan pul yığır. Vaqif Abdullayevin sahibkarları incitməsi isə artıq onların səbrini daşırıb və bu üzdəndə onlar problemi ictimailəşdirərk ölkə rəhbərinin diqqətinə çatdırmaqdan başqa yol görə bilmirlər.

Həmçinin oxuyun

Adı məktəblilərin zəhərlənməsində hallanan şirkət bu dəfə DİM-ə yemək satacaq

Dövlət İmtaham Mərkəzi (DİM) tərəfindən keçirilən tender müsabiqəsinin qalibi “TAİS-İKF” MMC (VÖEN-1400019741) olub.Yeniavaz.com xəbər verir ki, …