Ana səhifə / Sosial / Oqtay Əsədovdan Hadı Rəcəbliyə xəbərdarlıq: “Dəfələrlə demişəm ki, bax, gör hara müsahibə verirsən”

Oqtay Əsədovdan Hadı Rəcəbliyə xəbərdarlıq: “Dəfələrlə demişəm ki, bax, gör hara müsahibə verirsən”

Milli Məclisin bugünki iclasında spiker Oqtay Əsədov parlamentin komitə sədri Hadı Rəcəbliyə irad tutub.
Spiker deputatı müsahibə verərkən diqqətli seçim etməyə çağırıb:
“Hadi Rəcəbliyə dəfələrlə demişəm ki, bax gör hansı adamlara müsahibə verirsən. Bu, nə xəstəlikdir, bir çoxlarımız müsahibə vermək üçün sino gedirlər. Müsahibə verdiyiniz saytlara da baxın ki, sizin sözünüzü bir yox, bir neçə dəfə təhrif edib verə bilərlər”.
Qeyd edək ki, parlamentin komitə sədri Hadı Rəcəblinin mətbuata verdiyi son müsahibələr ölkədə ciddi rezanans və etirazlara səbəb olub. Deputat müsahibələrinin birində “Müəllim dolana bilmirsə, işdən sonra fəhləlik eləsin”, digərində isə “Şəhid ailələri, Qarabağ əlillərinə dövlət nəyə görə dərman pulu verməlidir?” deyib.

Həmçinin oxuyun

Pensiya və müavinətlər artırıla bilər – VİDEO

Cari ilin ortaları pensiyaların yenidən artırılacağı gözlənilir. Bunu millət vəkili Aydın Hüseynov deyib. O bildirib …

Bir cavab yazın