Cümə axşamı , Aprel 25 2024
Ana səhifə / Sosial / Onları işə götürənlər 6000 manat cərimələnəcək

Onları işə götürənlər 6000 manat cərimələnəcək

Bu gündən iaşə obyektlərində əmək müqaviləsi və ya sabit qəbz olmadan ofisiant işə götürənləri maliyyə sanksiyaları gözləyir.

Bu barədə məlumat “Vergi Məcəlləsi”nə edilən dəyişikliklərdə öz əksini tapıb.

Dəyişikliklər bu gündən etibarən qüvvəyə minir.

Belə ki, şadlıq evlərinin fəaliyyətini təmin etmək məqsədilə iaşə obyektlərində müştərilərə xidmət göstərən fiziki şəxslərlə (ofisiantlarla) əmək müqaviləsi bağlandığı hallar istisna olmaqla, həmin şəxslərin fəaliyyətə başlayanadək “Sadələşdirilmiş vergi üzrə sabit məbləğin və məcburi dövlət sosial sığorta haqqının ödənilməsi haqqında qəbz” əldə edilmədən işlərin yerinə yetirilməsinə cəlb olunmasına görə işəgötürənə (vergi orqanında uçotda olan sifarişçiyə) hər bir belə şəxs üzrə təqvim ili ərzində belə hala birinci dəfə yol verildikdə 2000 manat, ikinci dəfə yol verildikdə 4000 manat, üç və daha çox hallarda yol verildikdə isə 6000 manat məbləğində maliyyə sanksiyası tətbiq ediləcək.

Buna əsasən, şəxslərin müvafiq qəbz olmadan işlərin yerinə yetirilməsinə cəlb edilməsi vergi orqanında uçotda olan sifarişçiyə münasibətdə maliyyə sanksiyasının tətbiqinə əsas yaradır.

Ona görə də iaşə obyektlərində müştərilərə xidmət göstərən fiziki şəxslər (ofisiantlar) ilə əmək müqaviləsi bağlanmadıqda həmin şəxslər yalnız “Sadələşdirilmiş vergi üzrə sabit məbləğin və məcburi dövlət sosial sığorta haqqının ödənilməsi haqqında qəbz” olduğu halda işlərin yerinə yetirilməsinə cəlb edilməlidir.

Həmçinin oxuyun

Hansı rayonda nə qədər özəl uşaq bağçası var? – SİYAHI

Azərbaycanda 148 qeyri-dövlət məktəbəqədər təhsil müəssisəsi fəaliyyət göstərir.Qeyri-dövlət məktəbəqədər təhsil müəssisələrinin 84,5%-i və ya 125-i …