Çərşənbə axşamı , Aprel 23 2024
Ana səhifə / Sosial / Onlara koronavirus “sahib” çıxarsa…

Onlara koronavirus “sahib” çıxarsa…

1346-1348-ci illərdə Avropada “qara ölüm” adı verilən vəba epidemiyası yayıldı. Onun qurbanlarının sayı Avropanın o zamankı əhalisinin üçdə birinə qədər (25 milyon nəfər) oldu. “Qara ölüm”ün mərkəzi Almaniyanın Brügge şəhəri idi. Bu xəstəliyi yayanlar bir parça çörək tapmaq üçün şəhərləri, küçələri gəzən səfillər idi.

Azərbaycanda, xüsusən də böyük şəhərlərin küçələrində başlarını soxmağa yer, ac qalmamaq üçün isə yemək axtarışına çıxan, səfil həyat tərzi sürən insanlara rast gəlmək olur. Təbii ki, belə həyat tərzi və pis vərdişlər xəstəliklərin yayılması riskini artırır, onların bir çoxunda minlərlə infeksiya mövcud olur – vərəm, zöhrəvi xəstəliklər və s. Eyni zamanda, həmin şəxslərin adicə gigiyena qaydalarından xəbərdar olmamalarından danışsaq, müalicə olunma imkanları sıfıra bərabərdir.

Səfil həyat tərzi sürən insanların koronavirusu yayma ehtimalı varmı? AYNA əməkdaşı bu sualla, səfil həyat tərzi sürənlər insanların problemləri ilə məşğul olan hüquq müdafiəçisi Nataliya İorinaya müraciət edib.

Mütəxəssis deyib ki, səfil həyat tərzi sürən insanlar çoxsaylı yoluxucu virusların daşıyıcılarıdır: “Ancaq adi insanlardan fərqli olaraq, həkimə müraciət etmək imkanları yoxdur. Səfil həyat tərzi sürən bir insan koronavirusa yoluxarsa, ona həmin diaqnoz qoyulanadək artıq o, çox insanı yoluxdura bilər”.

“Gəlin gizlətməyək, səfil həyat tərzi sürən bir insan müalicə üçün həkimə müraciət etsə də, heç kəs onu müayinə etməyəcək. Xəstəxanalarımız yalnız ağır xəstəliyə yoluxmuş səfilləri qəbul edir”, – İorina bildirib.

“Ümid Yeri” kimsəsiz uşaqlar üçün sosial sığınacağın rəhbəri Nigar Mənsimova isə AYNA-ya danışıb ki, kimsəsiz uşaqlar kateqoriyasına aiddir: “Hər hansı bir tibbi yardımdan məhrum olan kimsəsiz uşaqlar koronavirusu yaya bilərlər. Səhiyyə Nazirliyi bununla bağlı mütləq həyəcan təbili çalmalıdır. Düşünürəm ki, Səhiyyə Nazirliyi dərhal kimsəsiz uşaqları müayinə etməlidir”.

Azərbaycanda kimsəsiz uşaqların problemləri ilə məşğul olan Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin (ƏƏSMN) Fazil Talıblının AYNA-ya verdiyi məlumata görə, vaxtaşırı Nazirlin sığınacaqlarında səfil həyat tərzi sürənlərin tibbi müayinələri aparılır. Ancaq sığınacaqlarımızda olmayan kimsəsiz insanların məsələsi ilə məşğul olmuruq”.

Mövzu üzrə münasibətini öyrəndiyimiz Səhiyyə Nazirliyinin yoluxucu xəstəliklər üzrə baş mütəxəssisi Cəlal İsayev isə hesab edir ki, koronavirusun aşkarlanması üçün səfil həyat tərzi sürən insanların müayinəsinə ehtiyac yoxdur: “Onların arasında koronavirusun yayılması təhlükəsi yoxdur. Yalnız İrandan gələnləri araşdırırıq”.

Xatırlatmaq yerinə düşər ki, İranda koronavirus epidemiyası yayılmağa başlayan ilk dövrlərdə ölkəmizin Səhiyyə Nazirliyinin nümayəndələri and-aman edirdilər ki, bu virusun Azərbaycana daxil olma təhlükəsi yoxdur. Amma artıq bu gün ölkədə 6 nəfərdə COVİD-19 infeksiyası qeydə alınıb…

Həmçinin oxuyun

Birinci sinfə qəbul üzrə prioritet məktəblər – SİYAHI

Bakı Şəhəri üzrə Təhsil İdarəsinin tabeliyindəki ümumi təhsil müəssisələri üzrə I sinfə qəbul prosesində prioritet …