Cümə , Aprel 19 2024
Ana səhifə / Sosial / “Onlar təcili istefa verməlidirlər, sonra da…” – Partiya sədrindən şok açıqlamalar

“Onlar təcili istefa verməlidirlər, sonra da…” – Partiya sədrindən şok açıqlamalar

Xəbər verdiyimiz kimi Rusiyanın xarici işlər naziri Sergey Lavrov 2016-cı ilin yekununa dair keçirdiyi böyük mətbuat konfransında Azərbaycanın maraqlarına uyğun olmayan bəzi fikirlər səslənib.
Sergey Lavrov, “Dağlıq Qarabağ işğalçı qüvvələrdən və digər kriminal elementlərdən təmizlənməyə başlanılsa, Rusiya buna necə baxacaq, Azərbaycanın daxili işinə müdaxilə edəcəkmi”, sualına belə cavab verib:
“Bu, mücərrəd bir məsələ və Dağlıq Qarabağ münaqişəsi ilə əlaqədar sırf Azərbaycanın daxili işlərinə aid bir mövzu deyil”.
Həmçinin Rusiyanın XİN başçısı Dağlıq Qarabağın yekun statusunun müəyyənləşdirilməsi şərtinin və işğal olunmuş ərazilərin sülh yolu ilə azad olunması tələbinin hər zaman qüvvədə qaldığını da söyləyib.
Rusiyanın xarici işlər nazirinin bu fikirlərindən sonra demək olarmı ki, erməni əsilli Sergey Lavrov faktiki olaraq Azərbaycanın ərazi bütövlüyünü tanımaq istəmir?
Mövzu ilə bağlı pia.az-ın əməkdaşı Müasir Müsavat Partiyasının sədri Hafiz Hacıyevə müraciət edib.
Partiya sədri qeyd edib ki, dünənə qədər Xarici İşlər Nazirliyinin və başqaları deyirdi ki, biz artıq Dağlıq Qarabağ məsələsində müəyyən irəliləyişə nail olmuşuq. Bu gün deyilən sözlərin, verilən vədlərin hamısının yalan olduğu üzə çıxdı:
“Rusiyanın xarici işlər naziri Dağlıq Qarabağ probleminin Azərbaycanın daxili işi olmadığını deməsi Azərbaycan xarici siyasətinin tam iflasa uğramasının son nöqtəsi idi. Dünənə qədər Xarici İşlər Nazirliyinin və başqaları deyirdi ki, biz artıq Dağlıq Qarabağ məsələsində müəyyən irəliləyişə nail olmuşuq. Bu gün deyilən sözlərin, verilən vədlərin hamısının yalan olduğu üzə çıxdı. Azərbaycan hökuməti ümidin Rusiyaya bağlayanda və Rusiyadan medallar alınanda bilməliydilər ki, axırda bununla da nəticələnəcək. Lavrovun Dağlıq Qarabağ problemi Azərbaycanın daxili işi deyil deyə bilməsində bir nömrəli günahkar Xarici İşlər Nazirliyi və Elmar Məmmədyarovdur. Həmçinin hökumətdə təmsil olunan bir çox məmurlar da Lavrovun bu sözü işlətməsində günahkardılar.
Azərbaycan xalqı artıq bilməlidir ki, Dağlıq Qarabağ məsələsi son nöqtəyə gəlib dayanıb. Hökumətin 24 ildir apardığı xarici siyasət fiaskoya uğradı. Rusiya Ermənsitanla qoşunun birləşdirəndə biz bunu düşünməli idik. Biz dəfələrlə bildirmişik ki, Azərbaycan apardığı siyasətdə konkret mövqeyə gəlməlidir. Yəni Azərbaycan ya Avropanı, Qərbi seçməlidir, ya da birdəfəlik Rusiyanın Təhlükəsizlik Şürasına qoşulub Rusiya ilə bir yerdə olmalıdır. Amma hökumət heç bir tərəfi seçməyərək balanslaşdırılmış siyasət yeridir. Buna siyasətə görə də Azərbaycana bu yollarla təzyiq edirlər.
Rusiyanın xarici işlər naziri Sergey Lavrov da ermənidir və həmişə də ermənilərin tərəfində olub. Bütün bunlara görə Azərbaycan təcili bəyanat verib ATƏT-in Minsk Qrupundan imtina edib, öz xarici siyasətini də yenidən korrektə etməlidir. Azərbaycanda təcili “qocalar evi” istefaya getməlidir. Orden alanlar da orDenlərin geri verməlidir.
Məsələn baş nazirin müavini Yaqub Əyyubov Sergey Lavrovla eynidir. Yəni hər iki insan eyni mənşədəndir. Həmçinin Artur Rasizadə və digərləri də o mənşəyə aiddirlər. Buna görə də onlar təcili istefa verməlidirlər. İstefadan sonra onlar Azərbaycan xalqı ilə səmimi danışmalıdırlar ki, biz Dağlıq Qarabağ məsələsində uduzmuşuq və heç nəyə nail ola bilmədik. Azərbaycan xalqı və prezident beçinci kalonan canın qurtarmalıdır.
Elmar Məmmədyarovun Sergey Lavrova verdiyi cavab da çox əhəmiyyətsiz cavabdır. Çünki torpaqlarımız hələ də ermənilərin əlindədir və orada da ermənilər öz işlərin görməkdə davam edirlər. Məmmədyarov həmişə boş-boş danışıb. Dilin bilməyən adamdan nə xarici işlər naziri olacaq? Məmmədyarov Azərbaycanın xarici siyasətin heç vaxt uğurlu aparmayıb və bunan sonra da apara bilməyəcək. Buna görə də Dağlıq Qarabağ məsələsi Azərbaycanın daxili işi deyil halına gəldi. Yenə qeyd edim ki, Azərbaycanda “qocalar evi” istefaya getməyənə qədər biz heç nəyə nail ola bilməyəcəyik”.

Həmçinin oxuyun

Neftin qiymətində olan artım maaş və pensiyalara təsir edəcək? – VİDEO  

Hazırda dünya bazarında brend markalı neftin qiymətində artımlar müşahidə olunur. Bəs bu artımlar pensiya və maaşların …

Bir cavab yazın