Cümə axşamı , Aprel 25 2024
Ana səhifə / Sosial / “Onlar hər hansı qapıya girmək üçün öz prinsiplərini satmırlar” –Nərgiz Paşayeva

“Onlar hər hansı qapıya girmək üçün öz prinsiplərini satmırlar” –Nərgiz Paşayeva

Oktyabrın 19-da Böyük Britaniyanın Bakıdakı səfirliyində İngiltərə-Azərbaycan Cəmiyyətinin Azərbaycan tərəfdən həmsədri, professor Nərgiz Paşayeva və Cəmiyyətin Britaniya tərəfdən həmsədri, Böyük Britaniya parlamentinin Lordlar Palatasının üzvü Lord Mayk Germanın Böyük Britaniya və Şimali İrlandiya Birləşmiş Krallığının Azərbaycanda yeni təyin olunmuş səfiri xanım Kerol Meri Krofts və digər rəsmi şəxslərlə görüşü keçirilib.
Moderator.az xəbər verir ki, görüşdə İngiltərə-Azərbaycan Cəmiyyəti haqqında səfirə geniş məlumat verilib və bildirilib ki, 1997-ci ildə yaradılmış bu Cəmiyyət Azərbaycan və Böyük Britaniya arasında mədəni, humanitar, xeyriyyə və digər bu kimi sahələrdə fəaliyyət göstərən təşkilatdır. İngiltərə-Azərbaycan Cəmiyyətinin əsas məqsədi vətəndaş cəmiyyətlərinə xidmət etməkdir. Belə cəmiyyətlər müasir dünyada gündən-günə öz əhəmiyyətini artırır.
Səfirə məlumat verilib ki, Bakıdakı “Four Seasons” otelində xeyriyyə gecəsi keçiriləcək və əldə olunan vəsait fiziki imkanları məhdud uşaqlara yardım məqsədilə UAFA (“Azərbaycana Birgə Yardım”) təşkilatına ayrılacaq. Hazırda UAFA aztəminatlı ailələrdən olan və əlilliyi olan uşaqların təhsilə, tibbi yardıma və digər xidmət növlərinə çıxış əldə etmələrinə kömək göstərən ən nüfuzlu xeyriyyə təşkilatlarından biridir.
İngiltərə-Azərbaycan Cəmiyyətinin həmsədri, professor Nərgiz Paşayeva bu xeyriyyə aksiyasının keçirilməsinin əhəmiyyətini qeyd edib: “Bura gəldiyinizə görə sizə öz dərin minnətdarlığımızı bildirmək istəyirik. Bu gün bura toplaşmağımızın səbəbi hamımıza bəllidir. Əslində biz bu salona toplaşmamışıq, biz bu gün öz mərhəmətimizin astanasına toplaşmışıq.
Burada əyləşənlərin əksəriyyəti valideynlərdir. Mən XX əsrin böyük yazıçısı Cübran Xəlil Cübranın sözlərini sizə xatırlatmaq istərdim. O özünün “Peyğəmbər” əsərində valideynlərə xitabən yazır ki, düşünməyin ki, siz uşaqlarınızın həyata gəlişinin səbəbisiniz. Siz sadəcə olaraq uşaqlarınızın həyata gəlməsinin bir vasitəsisiniz. Siz onlara öz məhəbbətinizi verə bilərsiniz, onlar qəbul edərlər, amma öz fikirlərinizi, düşüncələrinizi verə bilməzsiniz. Onların öz düşüncə və fikir aləmləri var. Siz onların bədənlərinə sığınacaq, isti rahat yer verə bilərsiniz, amma onların ruhlarına yox. Çünki onların ruhları həmişə azad olacaq, heç bir evə sığışmayacaq. Siz onları özünüzə oxşatmağa çalışmayın, əksinə özünüz onlardan öyrənin, buna can atın. Axı həyat geriyə axmır və dünəndə ləngimir. Siz bir yaysınız ki, uşaqlarınız canlı oxlar təki sizdən irəliyə atılmışlar. Çünki onlar tək sizin övladlarınız deyil, onlar Həyatın, varlığın qızları və oğullarıdırlar. Bunları unutmayın.
Bəli bu günün səbəbkarları uşaqlarımızdır, hamımızın uşaqlarıdır. Onların gözlərində bir işıq var. Onların aləmləri bəlkə də bizimkindən də gözəl və mükəmməldir. Onların çiyinlərində bir cüt qanad var, onlar mələkdirlər və onlar bizim kimi, böyüklər kimi heç vaxt bu qanadları qatlayıb hər hansı bir qapıya girmək üçün öz prinsiplərini satmırlar. Bizim isə əllərimiz ipək olursa urəklərimiz də ipəkdən olmalıdır. Bizim əllərimiz ipəkdən, qəlbimiz isə dəmirdən olarsa, bu, yalan olar, doğru düzgün olmaz. Bugünkü gecə uşaqlara həsr olunur, onların şərəfinə keçirilir, onlara ithaf olunur. Mən hər kəsə bir daha təşəkkür edirəm. Bütün sponsorlara böyük təşəkkürümü bildirirəm. Mənim həmkarıma, Lord Germana öz böyük təşəkkürümü bildiriəm ki, iki günlüyə İngiltərədən bura gəlib. Və o, bura uşaqlara baş çəkmək üçün gəlib.
Yaradan hamımıza ömür verib və hər bir ömür yaşanır, tamamlandıqda isə ötürülür. Kimə ötürülür? Əlbəttə, uşaqlara. Çünki, Onlar ümiddirlər sabahdırlar, davamçılardırlar. Biz Allahdan onlara bir nicat diləyirik, bəndədən isə mərhəmətli və diqqətli olmağı arzu edirik. Qoy uşaqlar hər zaman yaranan problemlərinin çarəsini məhs ləyaqətli insanların dəstəyində görsünlər.

Həmçinin oxuyun

Hansı rayonda nə qədər özəl uşaq bağçası var? – SİYAHI

Azərbaycanda 148 qeyri-dövlət məktəbəqədər təhsil müəssisəsi fəaliyyət göstərir.Qeyri-dövlət məktəbəqədər təhsil müəssisələrinin 84,5%-i və ya 125-i …

Bir cavab yazın