Şənbə , Aprel 20 2024
Ana səhifə / Sosial / Ölüm saçan yollar – Son günlər qəzalar niyə artıb? – ŞƏRH

Ölüm saçan yollar – Son günlər qəzalar niyə artıb? – ŞƏRH

Dünyada hər il orta hesabla 1,3 milyon insan yol qəzaları nəticəsində ölür.

Bu qəzaların əksəriyyəti insan səhvlərindən, yəni daha çox sürücü səhvlərindən qaynaqlanır.

Son günlər ölkəmizdə də yol qəzalarının sayında artım müşahidə edilir. Xüsusilə magistral yollarda qəzaların artması narahatlıq doğurur. Təəssüf ki, yol-nəqliyyat hadisələri bir çox hallarda faciə ilə nəticələnir – insanlar həyatlarını itirir, ömürlük şikəst qalırlar…

Maraqlıdır, qəzaların artmasına səbəb nədir? Yol terrorunun qarşısını necə almaq olar?

Məsələ ilə bağlı “Cebhe.info”-ya danışan nəqliyyat məsələləri üzrə ekspert Eldəniz Cəfərov bildirib ki, ötən il yol-nəqliyyat hadisələri ilə bağlı genişmiqyaslı araşdırmalar aparılıb:

“Aparılmış araşdırmalardan belə bir nəticəyə gəldik ki, baş verən yol-nəqliyyat hadisələrinin 3 əsas səbəbi var. Onlardan birincisi yol hərəkəti qaydalarının piyada və sürücülər tərəfindən bilərəkdən pozulmasıdır. İkinci səbəb yol infrastrukturunun yaxşı olmamasıdır, çala-çuxur, qaranlıq, nişanlanmamış yolların mövcudluğudur. Üçüncü səbəb isə nasaz avtomillərdir. Biz qəzaların sayını azaltmaq istəyiriksə, bu istiqamətdə çalışmalıyıq”.

O bildirib ki, qəzaların sayının azaldılması ilə bağlı ölkəmizdə 2018-ci ildə çox mükəmməl dövlət proqramı qəbul olunub:

““Azərbaycan Respublikasında yol hərəkətinin təhlükəsizliyinə dair 2019–2023-cü illər üçün Dövlət Proqramı”nın müddəaları yerinə yetirilməklə biz qəzaların sayını təxminən 30 % azaltmalıydıq. 

Təəssüf ki, həmin proqramın bir sıra müddəaları həyata keçirilməyib. Ona görə də biz qarşımıza qoyduğumuz məqsədə hələlik çata bilməmişik. Yol qəzalarının azalması üçün həmin proqram üzrə işləmək lazımdır. O proqram bir növ “yol xəritəsi”dir, orada hər bir qurumun üzərində düşən öhdəliklər qeyd edilib”.

Həmçinin oxuyun

Adı məktəblilərin zəhərlənməsində hallanan şirkət bu dəfə DİM-ə yemək satacaq

Dövlət İmtaham Mərkəzi (DİM) tərəfindən keçirilən tender müsabiqəsinin qalibi “TAİS-İKF” MMC (VÖEN-1400019741) olub.Yeniavaz.com xəbər verir ki, …