Cümə , Aprel 19 2024
Ana səhifə / Sosial / Ölümə aparan taksilər: Günahkar kimdir? – VİDEO

Ölümə aparan taksilər: Günahkar kimdir? – VİDEO

Son günlərdə taksi sürücülərinin iştirakı ilə yol qəzalarının sayı artıb. Əvvəlki illərə və aylara nəzərən də bu artımı görmək mümkündür. Paytaxt yollarında fəaliyyət göstərən taksi sürücüləri əksər hallarda harasa tələsir. Əslində isə onları tələsdirən bəzi şirkətlər tərəfindən qoyulan günlük planlardır. Hansı ki,həmin planı yerinə yetirərək qazanc əldə etmək istəyən sürücü ən azı günlük 12 saat, bəzən isə 15-16 işləməli ,ayda isə bircə dəfə istirahət etməlidir. Taksi fəaliyyətində müşahidə edilən xaotik vəziyyətin səbəbi nədir?

Bakıda günlük icarə əsasında taksi sürücüsü işləmək istəyən sürücülər əsasən bu şərtlərlə fəaliyyət göstərirlər. Avtomobili icarə götürüb taksi işləyən şəxsə hər gedişə görə 1 manat ödəniş və ya ümumi qazancın 30 faizi təklif olunur.

Bununla yanaşı sürücü gün ərzində minimum 25 gediş həyata keçirməlidir.Sürücülər deyir ki,bəzən 25 sifarişi tamamlamaq üçün azı 15-16 saat işləmək lazımdı.

Gündəlik tıxaclı paytaxt küçələrində ağır rejimdə saatlarla avtomobil idarə etmək sürücünü fiziki və mənəvi cəhətdən yorur.Yorğunluq və yuxusuzluq isə ani qərar qəbuletmə qabiliyyətini zəiflədir,sürücünün qəfil olaraq rastlaşa biləcəyi təhlükələrə reaksiyasını kəskin şəkildə azaldır.Belə olan halda isə qəzalar qaçılmaz olur..

Yol hərəkəti üzrə ekspert Ərşad Hüseynov isə bildirir ki,sürücülərin bu formada istismar edilməsi qəzaların birbaşa səbəbidi.Ölkədə taksi fəaliyyətində olan xaotik mənzərə və nəzarətsizlik vəziyyəti gündən -günə daha da pisləşdirir.Dünyanın bir çox ölkələrində fəaliyyət göstərən taksi şirkətləri belə Azərbaycanda öz qaydalarını dəyişir.Beləki ,bu şirkətlər Avropa,amerika və digər ölkələrdə bir qayda ilə fəaliyyət göstəirir.Sürücü heçbir halda 8 saatdan artıq işlədilə və işləyə bilməz.

Son bir həftə ərzində paytaxt bakıda qeydə alınan qəzaların 6-sı içərisində sərnişin olan taksi sürücüləriinin iştirakı ilə baş verib.Baş verən qəzalarda sürücülərlə yanaşı sərnişinlər də xəsarət alıb.

Həmçinin oxuyun

Adı məktəblilərin zəhərlənməsində hallanan şirkət bu dəfə DİM-ə yemək satacaq

Dövlət İmtaham Mərkəzi (DİM) tərəfindən keçirilən tender müsabiqəsinin qalibi “TAİS-İKF” MMC (VÖEN-1400019741) olub.Yeniavaz.com xəbər verir ki, …