Ana səhifə / Sosial / Ölkədə yol qəzaları ilə bağlı statistika açıqlandı – RƏSMİ

Ölkədə yol qəzaları ilə bağlı statistika açıqlandı – RƏSMİ

Ötən gün respublika ərazisində 10 yol nəqliyyat hadisəsi baş verib
Oktyabrın 31-də respublika ərazisində 10 yol nəqliyyat hadisəsi baş verib, iki nəfər dünyasını dəyişib, 16 nəfər isə müxtəlif dərəcəli bədən xəsarəti alıb. Bunu Sputnik Azərbaycan-a açıqlamasında Daxili İşlər Nazirliyinin Baş Dövlət Yol Polisi İdarəsində Baş İdarənin İctimaiyyətlə əlaqələr şöbəsinin rəisi Rüfət Quliyev deyib.
Onun sözlərinə görə, paytaxtda ötən gün 2 yol-nəqliyyat hadisəsi baş verib: “Qaradağ rayonunda piyadanın ölümü ilə nəticələnən hadisə baş verib. “Daewoo” markalı avtomobil piyadanı vurub. Piyada dünyasını dəyişib. Digər yol-nəqliyyat hadisəsi isə Nəsimi rayonu, 28 May küçəsində baş verib. “Daewoo” markalı avtomobilin “İsuzu” markalı avtomobil ilə toqquşması nəticəsində 3 nəfər xəsarət alıb”.

Həmçinin oxuyun

“OMİD” 10 min manatədək cərimə oluna bilər – Məhkəmə davam edir

Azərbaycanda inşaat mallarının topdan və pərakəndə satışı üzrə ən böyük satış mərkəzlərindən birinə sahiblik edən …