Bazar ertəsi , May 20 2019
Ana səhifə / Sosial / Ölkənin cənubunda baş verən güclü yanğından yeni xəbər var

Ölkənin cənubunda baş verən güclü yanğından yeni xəbər var

Hirkan Milli parkının ərazisində yangın söndürülüb.

Ekologiya və Təbii Sərvətlər Nazirliyinin mətbuat xidmətindən verilən məlumata görə, iyulun 27-də saat 23:00 radələrində Lənkəran  rayonunun Şovu kəndinin yaxnlığında başlayan yanğın sonradan kəndin sərhədində yerləşən Hirkan Milli parkının ərazisinə keçib. Naməlum səbəblərdən baş verən yanğının söndürülməsinə dərhal Ekologiya və Təbii Sərvətlər Nazirliyinin əməkdaşları, Fövqəladə Hallar Nazirliyinin yerli qüvvələri və texnikası, həmçinin mülki əhali cəlb olunub. Görülən operativ tədbirlər nəticəsində yanğın gecə saatlarında söndürülüb.

Yanğının dik yamac boyu sahələri əhatə etməsi səbəbindən əsasən quru ot və kol-kos yanıb. Milli parkın meşə örtüyünə ziyan dəyməyib. Ümumilikdə yanğın 0,6 hektar sahəni əhatə edib.

Yanğının səbəbləri araşdırılır.

Həmçinin oxuyun

Bakıda binada olmayan mənzil satılıb – Video

Bakıda cəmi 119 mənzili olan binadan 120-ci mənzil satılıb. Həmin mənzil üçün 50 min manata …