Ana səhifə / Sosial / “Ölkəmizdə bu cür hadisələrin baş verməsi utandırıcıdır” – Deputat

“Ölkəmizdə bu cür hadisələrin baş verməsi utandırıcıdır” – Deputat

“Erkən nikahlarla bağlı məsələdə məsuliyyəti bir nəfərin üstünə atmaq doğru olmazdı. Burada bir çox ciddi məsələlər var. Burada hüquq mühafizə orqanları öz üzərinə düşəni etməlidir. Mərkəzi icra hakimiyyətləri geniş maarifləndirmə işləri aparmalıdır. Rayon icra hakimiyyətlərinin yanındakı komissiyalar çox fəal şəkildə bu addımları atmalıdırlar”.

Bu sözləri “Yeni Müsavat”a açıqlamasında Milli Məclisin deputatı Ceyhun Məmmədov deyib. Parlamentari qeyd edib ki, bildiyim qədərilə, Qafqaz Müsəlmanları İdarəsi (QMİ) bütün axundlara bu barədə tapşırıq verib: “Rəsmən axundlara ciddi göstərişlər verilib. Hesab edirəm ki, biz vəziyyəti təhlil etməliyik. Statistika aparmalıyıq və günahkarları cəzalandırmalıyıq. Məsələnin kökündə duran əsas məqam ondan ibarətdir ki, bəzən bu əməlləri törədən insanlar diqqətdən kənarda qalır, ona görə bu kimi addımlar davam edir. Burada konkret bir tərəf yox, bütün tərəflər məsuliyyət daşıyır. Düşünürəm ki, biz bu məsələlərə diqqətli olmalıyıq”.

Deputat vurğulayıb ki, Azərbaycanın selektiv abortlarda lider olması çox utancvericidr: “Biz müsəlman ölkəsiyik, ailə dəyərləri güclü olan ölkəyik. Amma bizim ölkəmizdə bu cür hadisələrin baş verməsi həqiqətən utandırıcıdır. Ən önəmli işlərdən biri maarifləndirmə və cəzalandırma sistemidir ki, bununla bağlı addımlar atmalıyıq. Əks halda ildən-ilə vəziyyət daha da artacaq, vəziyyət daha da ağırlaşacaq”. 

Həmçinin oxuyun

Bakının daha bir ərazisində binaların söküntüsünə başlanılır – VİDEO

Xətai rayonu, NZS qəsəbəsindəki qəzalı binalar söküləcək. Artıq bununla bağlı işlərə start verilib. Xezerxeber.az-ın məlumatına …