Cümə axşamı , İyun 30 2022
Ana səhifə / Sosial / Ölkədaxili sərnişin qatarlarının hərəkəti nə vaxt bərpa ediləcək? – VİDEO

Ölkədaxili sərnişin qatarlarının hərəkəti nə vaxt bərpa ediləcək? – VİDEO

2 ilə yaxındır ki, Bakıdan bəzi regionlara və əks istiqamətdə sərnişin qatarlarının hərəkətinə qadağa qoyulub. Buna səbəb kimi isə ölkəmizdə koronavirus pandemiyası və bu infeksiyaya yoluxma  sayının çox olması göstərilirdi. Ancaq indi vəziyyət tam dəyişib. Hətta bu gün  koronavirusa yoluxma faktı ümumiyyətlə qeydə alınmayıb. Bəs bu qadağa niyə hələ də aradan qaldırılmır? Aidiyyəti qurum nə düşünür?

Yoluxmaların yüksək olduğu bir vaxtda qoyulan qadağa hələ də davam edir. Baxmayaraq ki, hazırda vəziyyət yaxşılığa doğru dəyişib.

Yoluxmaların sayının azalmasına,sərt kranatin rejimi qaydalarının yumşaldılmasına baxmayaraq bəzi bölgələrə qatarla getmək istəyən vətəndaşlar bu imkandan istifadə edə bilmirlər. Milli Məclisin deputatı Razi Nurullayevin sözlərinə görə, Bakıdan regionlara və əks istiqamətdə sərnişin qatarlarının hərəkətinə qoyulan qadağa tezliklə aradan qaldırılmalıdır. Razi Nurullayev hesab edir ki, bu qadağanın davam etməsi bölgələrdə yaşayan vətəndaşların sosial rifahına da ciddi təssir edir.

Millət vəkili deyir ki, hazırda bu qadağanın heç bir məntiqi əsası yoxdur.

Razi Nurullayev bildirdi ki, regionlara qatarların işlməsi həm də daxili turizmin inkişafı üçün çox vacib amildir. Çünki belə vəziyyətdə  ölkəmizə gələn turistlər üçün fərqli nəqliyyat vasitələrindən istifadə imkanları yaranır. Nəzərə alsaq ki, istirahətə gedənlərin çoxu qatara üstünlük verirlər,onların səfər zamanı fərqli bölgələri görmək, seyr etmək imkanı da olur.

Məsələ ilə bağlı ”Azərbaycan Dəmir Yolları” Qapalı Səhimdar Cəmyyətindən isə ”Xəzər Xəbər”ə bildirildi ki, martın 19-dan etibarən Bakı-Gəncə sürət qatarının hərəkəti bərpa olunub. Bununla yanaşı, Bakı-Böyük Kəsik xəttində, o cümlədən xəttin Ucar-Gəncə hissəsində elektrik təchizatı sisteminin 3 kV sabit cərəyandan 25 kV dəyişən cərəyana keçirilməsi istiqamətində işlər aparılıb. Bakı-Gəncə qatarının hərəkətinin bərpa edilməsi Ucar-Gəncə hissəsində işlərin bitməsindən sonra mümkün olub. Bu günədək Bakı-Böyük Kəsik xəttinin yalnız Ucar-Böyük Kəsik hissəsi dəyişən cərəyana keçirilib. Ucar-Bakı hissəsində də analoji işlərin aparılmasına başlanılıb.

Qurumdan o da bildirlib ki, “Azərbaycan Dəmir Yolları” QSC-nin balansında hər biri 4 vaqondan ibarət 9 elektrik qatarı var. Bu qatarlardan 7 ədədi Abşeron dairəvi dəmir yolu istiqamətində fəaliyyətdədir. 1 qatar Bakı-Gəncə istiqamətində işləyir. Digər qatar isə həm Bakı-Sumqayıt, həm də Bakı-Gəncə reyslərini həyata keçirir. ADY vaqon parkını genişləndirmək məqsədilə daha 10 qatar sifariş verib. Bu qatarların 2023-cü ilin sonu, 2024-cü ilin əvvəli ölkəyə gətirilməsi planlaşdırılır. Həmin qatarların  ölkədaxili istiqamətlərdə, həmçinin Bakı-Qəbələ xətti üzrə istifadəyə verilməsi nəzərdə tutulur.

Həmçinin oxuyun

YDM-lərdə həm cibə girirlər, həm də maşına ziyan vururlar

Uzun illərdir ölkəmizdə yanacaqdoldurma məntəqələrində (YDM) benzinin əskik vurulması, litrdə kələk gəlinməsinə dair iddialar, ittihamlar …