Çərşənbə axşamı , Noyabr 24 2020
Ana səhifə / Sosial / Ölkədən kartof və soğan çıxarılmasının qarşısı alınır – QƏRAR

Ölkədən kartof və soğan çıxarılmasının qarşısı alınır – QƏRAR

Nazirlər Kabinetinin 2017-ci il 17 noyabr tarixli 500 nömrəli qərarı ilə təsdiq edilmiş “Azərbaycan Respublikasının xarici iqtisadi fəaliyyətin mal nomenklaturası, idxal gömrük rüsumlarının dərəcələri və ixrac gömrük rüsumlarının dərəcələri”ndə dəyişikliklər edilib. 

Bu barədə Baş nazir Novruz Məmmədov qərar imzalayıb.

Qərarla 2019-ci il aprelin 30-dək ölkədən 1 kq təzə və ya soyudulmuş kartofun ixracına görə 1 ABŞ dolları, mayın 31-dək isə ölkəyə 1 kq şalot soğanın və ağbaş və qırmızıbaş kələminə idxalına 2 ABŞ dolları gömruk rusumu tətbiq edilir.

Bununla da, Nazirlər Kabineti son zamanlar qiyməti sürətlə artmaqda olan məhsulların ölkədən çıxarılmasına faktiki olaraq mane olmağa çalışıb.

Həmçinin oxuyun

Paytaxtda koronavirusa ən az yoluxma bu rayonda qeydə alınıb

Bakı şəhəri üzrə yeni növ koronavirus (COVID-19) infeksiyasına yoluxma göstəriciləri açıqlanıb. Koronavirusinfo.az saytı xəbər verir …