Çərşənbə axşamı , Oktyabr 3 2023
Ana səhifə / Sosial / “Ölkədə VÖEN xaosu yaşanır” – EKSPERT

“Ölkədə VÖEN xaosu yaşanır” – EKSPERT

“Ölkədə sürətlə passiv VÖEN xaosu yaşanır. Səbəbi sadədir. Ünvanlı sosial müavinət (ÜSM) almaq istəyənlər üçün qanunda tələb var ki, ailədə bir nəfər mütləq işləməlidir. Ailənin sosial durumu faktiki olaraq ÜSM almağa uyğundur. Ev, avtomobil, torpaq sahəsi və sair yoxdur. Qalıır bircə ailədə bir nəfərin məşğulluq problemi. Yəni bir nəfər işləməlidir. ÜSM almaq istəyənlərə şərt qoyurlar ki, gedib yerli Vergilər İdarəsində (ASAN) fəaliyyətdə olan aktiv VÖEN açdırsın. Bundan sonra insanlar kütləvi şəkildə Vergi İdarələrinə gedərək VÖEN açdırır və başlayır fəaliyyətdə olan vergi ödəyicisi kimi vergi verməyə. Aylar keçir, amma vətəndaşa ÜSM təyin olunmur”. 

Bunu iqtisadçı-ekspert Razi Abasbəyli deyib.

O bildirib ki, bunun müxtəlif səbəbləri var: 

“Məsələn, kommunal ödənişlərin yüksək olması və ya Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin əməkdaşları yekun qərar olaraq mənzilə baxış keçirməlidir. Amma bu, aylar çəkir. Ortada qalan zavallı vətəndaş da hər ay üzrə vergi hesabatı verir və vergi ödəyir. ÜSM ala bilməyən vətəndaş sonradan vergini ödəmir, VÖEN üzrə hesabatlarını vermir və borclanmağa başlayır. Beləliklə də Azərbaycanda minlərlə vergi ödəyicisi olan, borclu vətəndaş ordusu yaranır. Bu, həm də hökumətin işinə yarayır. ÜSM almaq istəyən vətəndaşlar VÖEN-lə avtomatik məşğul əhali kateqoriyasına daxil olur və nəticədə “yeni iş yerləri yaranır”.

Məsələn, bir Regional Vergi İdarəsində 72 min VÖEN sahibinin yalnız 22 mini aktiv hesabat verərək real fəaliyyətdədir. Bu informasiyanı yaxın dostum, hazırda vergidə yüksək vəzifədə işləyən şəxs deyib.  

Vergi sistemində işləyən dostlar deyir ki, 10 illərlə qalan passiv VÖEN -lər var ki, onları ləğv etmək lazımdır. Bu, həm dövlətin dəftərxana yükünü azaldar, həm də vergi əməkdaşlarının daha real ödəyicilərə ayırmaq üçün səmərəli vaxtı qalar”. 

O, həll yollarını da göstərib:

“Yalnız bir amnistiya və problem çözülür. O, VÖEN-lər onsuz da “ölü can”lardan başqa heç nə ifadə etmir”.

Həmçinin oxuyun

“Vətən müharibəsi qazisi canına qəsd etməyə çalışıb”

Vətən müharibəsi qazisinin intihara cəhd etdiyi iddia olunur.Bu barədə “Gənc qazilər” ictimai birliyinin sədri, Vətən …