Cümə , Aprel 19 2024
Ana səhifə / Sosial / Oğuzda odun üstündə kütləvi dava – VİDEO

Oğuzda odun üstündə kütləvi dava – VİDEO

Oğuz rayonunda odun üstündə kütləvi dava zamanı biri ağır olmaqla, iki nəfər xəsarət alıb.

Belə ki, Oğuz Rayon Mərkəzi Xəstəxanasına rayonun Calut-1 kənd sakini, 31 yaşlı Zamin Quliyev və Calut kənd sakini, 26 yaşlı Sərvər Xamdiyev bədən xəsarətləri ilə daxil olublar.

Müayinə zamanı Z.Quliyevə əlin üçüncü barmağının kəsiyi diaqnozu qoyulub və o, xəstəxanaya yerləşdirilib. Qapalı kəllə-beyin travması alan 26 yaşlı S.Xamdiyev isə Şəki Rayon Mərkəzi Xəstəxanasına göndərilib.

Onlar aralarında yaranan mübahisə zamanı bir-birilərinə xəsarət yetiriblər.

Davanın daha iki iştirakçısının da polis tərəfindən saxlanıldığı bildirilir. Faktla bağlı araşdırmalara başlanılıb.

Həmçinin oxuyun

Təhsil Nazirliyi tender keçirmədən 2 milyonu Ramiz Mehdiyevin oğlunun şirkətinə verdi

Elm və Təhsil Nazirliyi “Şərq-Qərb” ASC (VÖEN – 2000043631) ilə 1 milyon 996 min 500 …