Cümə , Aprel 12 2024
Ana səhifə / Sosial / “Oğlumun yaddaşı itib, heç nəyi xatırlamır” – Zaqataladakı qəzada sağ qalan İbrahimin anası

“Oğlumun yaddaşı itib, heç nəyi xatırlamır” – Zaqataladakı qəzada sağ qalan İbrahimin anası

Zaqatala rayonu Göyəm kəndində baş verən  ağır yol qəzasında yaralanan məktəbli İbrahim Əziz oğlu İbrahimzadənin vəziyyəti ağır stabildir, daim həkim nəzarəti altındadır.

Bu barədə AzVision.az -a açıqlamasında məktəblinin anası Fatma Osmanova deyib. O qeyd edib ki, oğlu hadisə barədə heç nəyi xatırlamır:

“Yaddaşında unutqanlıq yaranıb. Heç nəyi xatırlamır. Hadisəni, sinif yoldaşlarına nə olduğunu bilmir. Bizdən soruşanda deyirik ki, yıxıldığın üçün zədələnmisən. Həkimlər qeyd edirlər ki, zamanla düzələcək. Başında ağrılar, baldırında isə sınıq var. Yaddaşı geri qayıdarkən psixoloji dəstək müalicəsi alacaq. Hazırda oğlumun yanındayam”.

Ana qeyd edib ki, İbrahim və sinif yoldaşları o yol ilə hər gün məktəbə gedib-gəlirlər:

“Hadisə olan günü də gəzə-gəzə gəlib, oradakı qaz turbasının üstündə oturub söhbət edirmişlər. Sonra da məlum hadisə olub. Hələ də o qəzanın təsirinindən çıxa bilməmişik. İki sinif yoldaşı həlak oldu, İbrahim isə ağır yaralandı. Biz rayonda qalırıq, oğlum həmin kənddə məktəbə gedib-gəlir. Baş verənləri kənd sakinlərindən eşitdim”, -deyə valideyn bildirib.

Xatırladaq ki, fevralın 8-də Zaqatala rayonu Göyəm kəndində baş verən ağır yol qəzasında 2 məktəbli – Ramazan Babək oğlu İsayev və Kamal Elçin oğlu Permadov ölüblər, İbrahim Əziz oğlu İbrahimzadə isə ağır xəsarətlərlə xəstəxanaya yerləşdirilib. Onların hamısı eyni sinfin şagirdi olublar.

Sürücülük hüququ olmadan avtomobili idarə edən Emin İbrahimov isə törətdiyi ağır cinayət əməlinə görə polis əməkdaşları tərəfindən tutulub. Şagirdləri vuran şəxs “qatil Emin” ləqəbi ilə tanınır. O, hərbi xidmətdə olarkən Cinayət Məcəlləsinin 332.1-ci maddəsi ilə məhkum olunub

Həmçinin oxuyun

Sığorta şirkəti qəzaya düşən avtomobilə dəymiş zərəri tam ödəməyib – VİDEO

Sığorta şirkəti qəzaya uğrayan avtomobilin təmiri üçün dəymiş zərəri tam ödəməyib.Belə bir halla paytaxt sakini …