Çərşənbə , Aprel 24 2024
Ana səhifə / Sosial / Ödənişli əsaslarla təhsil alan bəzi tələbələrin təhsil haqqı dövlət büdcəsi hesabına ödənilir

Ödənişli əsaslarla təhsil alan bəzi tələbələrin təhsil haqqı dövlət büdcəsi hesabına ödənilir

“Mövcud qanunvericiliyə uyğun olaraq, Bakı Dövlət Universitetində ödənişli əsaslarla təhsil alan bəzi kateqoriyalara aid olan tələbələrin təhsil haqqı təsdiqedici sənədlər təqdim etdikləri halda dövlət büdcəsinin vəsaiti hesabına ödənilir”.

Bunu “Report”a Bakı Dövlət Universitetindən bildiriblər.

Qeyd olunub ki, universitetdə hazırda 21 842 nəfər bakalavr, 1 553 nəfər magistr, 700 nəfər doktorantura pilləsində təhsil alır: “Onlardan 11 834 nəfəri və ya 54,18 faizi dövlət sifarişli plan yerlərinə qəbul olunduğu üçün ödənişsiz əsaslarla təhsil alır. 2019-cu ildə dövlət sifarişli plan yerlərinin sayı ötən illə müqayisədə 2 059 nəfər artıb. Belə ki, Prezidentin müvafiq sərəncamına və qanuna uyğun olaraq təhsil aldığı müddətdə məcburi köçkün statusu olan tələbələr, Azərbaycan Respublikasının ərazi bütövlüyünün, müstəqilliyinin və Konstitusiya quruluşunun müdafiəsi zamanı əlil olmuş və Azərbaycan Respublikasının azadlığı, suverenliyi və ərazi bütövlüyü uğrunda həlak olan, hərbi əməliyyatlarla əlaqədar itkin düşən və məhkəmə tərəfindən ölmüş elan edilən vətəndaşların uşaqları olan tələbələr, şəhid ailəsi statusunu almış ailənin üzvləri olan tələbələr, hər iki valideyni vəfat etmiş 18 yaşınadək olan şəxslər, hər iki valideyn himayəsindən məhrum olmuş uşaqlar, bir valideyni vəfat etmiş və o biri valideyni I və II qrup əlil olan 18 yaşınadək şəxslər təhsil haqqından azad edilirlər. Bu kateqoriyaya aid olan 2 327 nəfər tələbə də təhsil haqqından azaddır. Həmçinin BDU-da təhsilin bütün pillələri üzrə 11 779 nəfər təqaüd alır. Eyni zamanda 2019-cu ilin may ayından etibarən BDU-nun rəhbərliyinin qərarı ilə burada təhsil alanlar təhsil haqqını tam və ya tədris ilinin sonunadək hissə-hissə ödəyə bilərlər”.

***

Bakı Dövlət Universiteti (BDU) 2 saylı korpusun binasından şüar asılmasına münasibət bildirib.

Universitetdən “Report”a verilən məlumata görə, hazırda məsələ araşdırılır.

Qeyd edək ki, sosial şəbəkələrdə BDU-nun 2 saylı korpusunun fasadından “Pulsuz təhsil” şüarı yazılmış plakatın asıldığını əks etdirən foto yayılıb. 6-cı mərtəbənin pəncərəsindən endirilən afişa Şərqşünaslıq fakültəsinin bir qrup tələbəsi tərəfindən hazırlanıb. Həmin şüarı hazırlayan tələbələr hazırda dərslərini davam etdirir.

Həmçinin oxuyun

Sabiq baş pediatr Nəsib Quliyev intihar edib – Rəsmi

Azərbaycanın sabiq baş pediatrı Nəsib Quliyev intihar edib.Bu barədə Baş Prokurorluğun Mətbuat xidməti məlumat yayıb.Bildirilib …