Ana səhifə / Sosial / Öcalanın qısa cavabı HDP-nin Türkiyəyə düşmən siyasətinin mahiyyətini ifşa etdi

Öcalanın qısa cavabı HDP-nin Türkiyəyə düşmən siyasətinin mahiyyətini ifşa etdi

Arzu Nağıyev: “Öcalan düşünürdü ki, Türkiyə dövləti hətta onu azadlığa da buraxa bilər”

“Bu baxımdan Öcalan öz imicini qorumaq üçün HDP-nin fəaliyyətini pisləməyə başlayıb”

PKK lideri Abdullah Öcalan kürd məsələsinin həlli layihəsini uğurla davam etdirməyi bacarmayan Xalqların Demokratik Partiyasının (HDP) liderləri ilə görüşdən imtina edib. O, HDP təmsilçilərinə ismarış göndərərək, kefini soruşmaq üçün saxlandığı İmralı adasına yanına gəlməyə heç bir ehtiyacın olmadığını bildirib.
Türkiyə mətbuatı yazır ki, PKK lideri bununla da son günlərdə terror hücumlarının fəallaşmasının əsas günahını HDP-də gördüyünü bəyan edib. Fəallaşan terror Türkiyə hakimiyyəti ilə seperatçı terror təşkilatı PKK arasında barışıq danışıqlarını sona gətirib.
Abdullah Öcalan 4 aprel 1949-cu ildə Şanlıurfa ilinin Halfeti ilçəsinin Ömərli kəndində anadan olub. Diyarbəkir və Ankara universitetlərində ali idarəçilik təhsili alıb. O, 1970-ci ildə İstanbulda DDKO (Devrimci Doğu Kültür Ocakları) adlı marksist-leninçi təşkilatda siyasi fəaliyyətə başlayıb. 1972-ci ildə tutulub və 7 ay həbsdə qalıb.
1978-ci ildə 19 nəfərlə birlikdə Kürdüstan Fəhlə Partiyasını (PKK) yaradıb. Ölkədən xaricə qaçan Öcalanın rəhbərlik etdiyi təşkilat Türkiyəyə qarşı terror hücumlarına başlayıb. 1999-cu ildə Türkiyə təhlükəsizlik gücləri tərəfindən tutulan Öcalan Türkiyəyə gətirilib.
Hazırda İmralı adasında ömürlük həbsdədir.
Ocalanın bu şəkildə davranması nəyə hesablana bilər?
Təhlükəsizlik məsələləri üzrə ekspert Arzu Nağıyev qəzetimizə açıqlamasında bildirdi ki, Ocalanın bu açıqlaması təsadüfdən doğmayıb:
“Düşünürəm ki, burada bir neçə səbəb var. Məlumdur ki, HDP-nin partiya kimi formalaşmasında məhz PKK-nın, daha doğrusu terror təşkilatı olan bir qurumun rəhbəri Abdullah Ocalanın nüfuzunun böyük rolu oldu. Bundan istifadə edən HDP və onun liderləri artıq öz siyasi ambisiyalarını ortaya qoydular və terror hadisələri törətməyə başladılar, daha doğrusu, dəstəklədilər və bu da şəxsən Ocalanın nüfuzuna xələl gətirdi, çünki baş verənlər birbaşa onun ayağına yazıldı. Təsəvvür edin ki, seçkilərdən sonra 150-dən artıq terror hadisəsinin çoxu məhz PKK və Ocalanın adı ilə bağlıdır. Artıq siyasi yolla həll edilə biləcək məsələlər digər bir müstəviyə keçdi. Bəlkə də HDP terroru dəstəkləməsəydi və siyasi yolla hədəfinə tərəf getsəydi, koalisiyaya girsəydi ,belə vəziyyət alınmazdı. Məlumdur ki, HDP ərazi iddiası ilə muxtariyyət məsələsini də məclisdə qaldıracaqdı. Ocalan düşünürdü ki,Türkiyə dövləti hətta onu azadlığa da buraxa bilər, lakin bu gün artıq PKK-ya qarşı genişmiqyaslı hərbi əməliyyatlar aparılır və sözsüz ki, onun lideri də Ocalandır. Bu baxımdan Ocalan öz imicini qorumaq üçün HDP-nin fəaliyyətini pisləməyə başlayıb. Onların nümayəndələrini belə qəbul etməkdən imtina edir. Eyni zamanda, təkrar seçkilər məsələsi gündəmdədir və elektorat dəyişə bilər. HDP isə əvvəlki kimi seçkidə iştirak edib qalib ola bilməz, çünki PKK-ya qarşı əməliyyatlar iqtidarın, az da olsa, nüfuzunu qaldırıb”.
Məhəmmədəli QƏRİBLİ

Həmçinin oxuyun

“OMİD” 10 min manatədək cərimə oluna bilər – Məhkəmə davam edir

Azərbaycanda inşaat mallarının topdan və pərakəndə satışı üzrə ən böyük satış mərkəzlərindən birinə sahiblik edən …

Bir cavab yazın