Şənbə , Aprel 20 2024
Ana səhifə / Sosial / Obamadan İlham Əliyevə – “Mişel və mən…”

Obamadan İlham Əliyevə – “Mişel və mən…”

Amerika Birləşmiş Ştatlarının prezidenti Barak Obama Azərbaycan dövlət başçısı İlham Əliyevə təbrik məktubu göndərib.
Moderator.az-ın məlumatına görə, məktubda deyilir:
“Hörmətli cənab Prezident.
Ramazan bayramını qeyd etdiyiniz bir vaxtda Mişel və mən Amerika xalqı adından Sizə və xalqınıza ən xoş arzularımızı yetiririk.
Ramazan ayı ərzində bütün dünya müsəlmanları, o cümlədən güclü və fəal Amerika müsəlman icması sədaqət, mərhəmət və xeyirxahlıq üçün birləşirlər. Bu, elə bir zamandır ki, məscidlər, mədəniyyət mərkəzləri, şəhər meriyaları və dinlərarası icmalar öz qapılarını qonşularına, yaxınlarına və yoxsullara iftar süfrəsi, ümumi dəyərlər və qarşılıqlı ləyaqət üzrə dialoq üçün açırlar. Sözün qısası, Ramazan öz ümumi insanlığımız, ibadət və sülh barədə fikirləşmək üçün mühüm bir imkandır.
Qoy, qarşıdan gələn il Sizə sevinc və firavanlıq gətirsin. Ramazan bayramınız mübarək!”.

Həmçinin oxuyun

Silah-sursat anbarının tikintisi ilə bağlı qalmaqal: 11 il həbs və 10 milyonluq əmlak müsadirəsi

Müdafiə Nazirliyinin sifarişiylə silah-sursat anbarının tikintisini öhdəsinə götürmüş “Bina Tikinti Kompaniyası” MMC-nin rəhbəri Üzeyir Həsənova 11 …

Bir cavab yazın