Ana səhifə / Sosial / “O xəbəri yazdıran sifarişçi məmurlar geri çəkiləcək” – Fazil Mustafa

“O xəbəri yazdıran sifarişçi məmurlar geri çəkiləcək” – Fazil Mustafa

Xəbər verdiyimiz kimi, Azərbaycan Mətbuat Şurasının (MŞ) Reket Jurnalistikaya qarşı Mübarizə Komissiyasının səlahiyyətləri artırılır, tərkibi genişləndirilir.

Komissiyaya tərkibinə Ədliyyə Nazirliyinin, Baş Prokurorluğun, Daxili İşlər Nazirliyinin və Dövlət Təhlükəsizlik Xidmətinin nümayəndələri də daxil edilib.Komissiyanın məqsədi reketçiliklə bağlı şikayəti tam araşdırmaq və jurnalistikanın bu məsələdə birtərəfli ittihamının qarşısını almaqdır.

Məsələ ilə bağlı BakiPost.az-a açıqlama verən deputat Fazil Mustafa bildirib ki, burada reket jurnalistikanı himayə edən şəxslərin də məsuliyyət məsələsi nəzərdə tutulub: “Məqsədyönlü şəkildə qərəzli informasiyanın yayılmasında rolu olan hər bir şəxs məsuliyyət daşımalıdır.

Hesab edirəm ki, onların da bu məsələdə məsuliyyəti nəzərdə tutulması düzgündür. Yəni aydınlaşdırılır ki, bu reket jurnalistidir. Həmin şəxslərin pul və ya başqa ödənişlər vasitəsilə bir işi görməsi sifariş xarakteri daşıyırsa, onların da məsuliyyətə cəlb olunması düşünülə bilər”.

Fazil Mustafanın fikrincə bundan sonra həmin məmurların da kənara çəkilməsi halları baş verəcək: “Bunun kifayət qədər təsiri olacaq. Onlar özlərinə çəki-düzən verəcəklər. Çünki bilirlər ki, bu məsələ ifşa olunacaq və ondan sonra özləri də baş ağrısı yaşayacaqlar”.

Həmçinin oxuyun

Pensiya və müavinətlər artırıla bilər – VİDEO

Cari ilin ortaları pensiyaların yenidən artırılacağı gözlənilir. Bunu millət vəkili Aydın Hüseynov deyib. O bildirib …

Bir cavab yazın