Çərşənbə axşamı , Yanvar 26 2021
Ana səhifə / Sosial / “O, NƏVƏSİNƏ RƏHBƏRLİK EDƏ BİLMİRSƏ…” – YAP-çı deputat Əli Həsənovu ittiham etdi

“O, NƏVƏSİNƏ RƏHBƏRLİK EDƏ BİLMİRSƏ…” – YAP-çı deputat Əli Həsənovu ittiham etdi

«Məmur öz övladına nəzarət edə bilmirsə, o nə məmurdur? O boyda camaatı necə idarə edəcək?», – hakim Yeni Azərbaycan Partiyasının üzvü, deputat Rafiq Məmmədhəsənov Azadlıq Radiosuna belə deyir.
O, baş nazirin müavini, Qaçqın və Köçkünlərin İşi üzrə Dövlət Komitəsinin sədri, YAP sədrinin müavini Əli Həsənovun nəvəsinin törətdiyi avtoqəzadan danışarkən məmur yaxınlarının özbaşınalığını pisləyir.

Onun qənaətincə, məmur özü nümunəvi olmalıdır, məmurun ailəsi də, övladları da, nəvəsi də, hamısı nümunəvi olmalıdır. Deputat daha sonra sual edir: «O, öz evinə, övladına, nəvəsinə rəhbərlik edə bilmirsə, bu nə bacarır?..».
R.Məmmədhəsənov Azadlıq Radiosunun başqa suallarına cavab vermək istəməyib. Ümumiyyətlə, deputatların çoxu bu mövzuda susmağa üstünlük veriblər.

Həmçinin oxuyun

Geri qayıtmayan məcburi köçkünlərin evləri əllərindən alınacaq? – AÇIQLAMA

Qarabağ işğaldan azad olunandan sonra məcburi köçkünlərin öz doğma yurd-yuvalarına nə vaxt qayıdacağı ən çox …

Bir cavab yazın