Çərşənbə axşamı , Aprel 23 2024
Ana səhifə / Sosial / “O, hər zaman sadəlövh olub” – Mütəllibovdan növbəti “Elçibəy açıqlaması”

“O, hər zaman sadəlövh olub” – Mütəllibovdan növbəti “Elçibəy açıqlaması”

Azərbaycanın eks-prezidenti Ayaz Mütəllibov xələfi Elçibəy haqqında səsləndirdiyi fikirlərə görə, günlərdir ki, müzakirə və qınaq obyektidir.

İctimai –siyasi xadimlərdən tutmuş, sosial şəbəkə istifadəçilərinə kimi hər kəs Mütəllibovu Elçibəy haqqında dediklərinə görə, tənqid atəşinə tutub. A.Mütəllibov isə bu tənqidlərə cavab verib.

AzNews.az xəbər verir ki, sabiq prezident modern.az saytına açıqlama verərək, bu şəkildə etirazlarla qarşılanacağını gözləmədiyini deyib.

“Müsahibə zamanı Elçibəy haqqında dediklərimə görə hər hansı təzyiqlərin olacağını gözləmirdim. Mən Elçibəy haqqında nə demişəm ki?!

Elçibəy haqqında işlətdiyim “primitiv” sözü heç də onu aşağılamaq məqsədi daşımayıb. Həmin ifadədən istifadə etməyimin anlamı o idi ki, yəni, Elçibəy çox sadəlövh adam idi. Cümlədə işlətdiyim “primitiv” ifadəsi belə başa düşülməliydi. O sözü işlətmək istəmirdim.

Təsəvvürümdə sadəlövhlüyünü canlandırıb “primitiv” kimi qələmə verdim.

Elçibəyi təhqir etmək fikim qətiyyən olmayıb. Elçibəy hər zaman sadəlövh olub. Hər kəsə etibar edib”.

Ayaz Mütəllibov həmin müsahibədən sonra mətbuatda haqqında yazılanlara, ona edilən hücumlara da münasibət bildirib.

“Yenə də siyasi mədəniyyətə söykənib bu dərəcədə mənə qarşı əndazəni aşmamalı idilər. Məni moskvameylli kimi təqdim edirlər. Bəs, onlar nə meyllidirlər?! Belə başa düşürəm ki, indi bunlar haqlı olub, yerdə qalanlar haqsız… Ümumiyyətlə, daha bu mövzuda danışmaq istəmirəm. Çünki danışdıqca, məsələlər bir az da böyüyəcək”.

Həmçinin oxuyun

Birinci sinfə qəbul üzrə prioritet məktəblər – SİYAHI

Bakı Şəhəri üzrə Təhsil İdarəsinin tabeliyindəki ümumi təhsil müəssisələri üzrə I sinfə qəbul prosesində prioritet …

Bir cavab yazın