Çərşənbə axşamı , Aprel 16 2024
Ana səhifə / Sosial / “O ermənilərin Bakıya gəlməsinə icazə verməliyik” – Millət vəkili

“O ermənilərin Bakıya gəlməsinə icazə verməliyik” – Millət vəkili

Rusiya və İran Ermənistana qarşı təzyiqlərini bir daha artırsın.

Qafqazinfo” xəbər verir ki, bunu millət vəkili Fəzail Ağamalı parlamentin bugünkü iclasında deyib. Onun sözlərinə görə, hər iki ölkə işğalçılıq siyasətini davam etdirdiyinə görə Ermənistana təzyiq etməlidir: “Həmçinin sanksiya tətbiq olunmalıdır. Çünki Azərbaycanın hər iki qonşu dövlətlə münasibətləri yaxşıdır”.

Millət vəkili Zahid Oruc isə çıxışında qeyd edib ki, beynəlxalq aləmdə elə ermənilər var ki, onlar Azərbaycana qarşı loyal mövqedədirlər: “Ermənistan zamanla ayrı-ayrı şəxslərdən ölkəmizə qarşı istifadə edib. Ancaq təklif edirəm ki, biz səngərdə dayanan erməni ilə mülki ermənini ayırmalıyıq. Biz qanunlarımıza, konstitusiyamıza hörmət edən, Şəhidlər Xiyabanında baş əymək istəyən ermənilərin Bakıya gəlməsinə icazə verməliyik.

Bu yaxınlarda da gördük ki, İsveçrədə mühacirətdə yaşayan Vaqe Avetiyan Bakıya gəlmişdi, ermənilərin törətdiyi əməllərə görə üzr istəmişdi və Şəhidlər Xiyabanını ziyarət etmək istəyirdi”.

Spiker Oqtay Əsədov isə yenə millət vəkili Zahid Oruca irad tutub: “Siz yenə gündəlikdən kənara çıxırsınız. Sonra da deyirsiniz ki, sözüm kəsilir”.

Həmçinin oxuyun

Vəfat edənlərin pensiya kapitalını bu şəxslər ala bilər? – Açıqlama

 “Pensiya yaşına çatmadan dünyasını dəyişən insanların pensiya kapitalı qanunla heç kimə verilməli deyil”.  Bunu Qaynarinfo-ya …

Bir cavab yazın