“Nurgün Motors” MMC-yə cərimə protokolu yazılıb.
MMC barəsində Mərkəzi Bank tərəfindən İnzibati Xətalar Məcəlləsinin 430.4-cü (Valyuta tənzimi qaydalarının pozulması) maddəsi ilə cərimə protokolu yazılıb.
Daha sonra protokol baxılması üçün Nəsimi Rayon Məhkəməsinə göndərilib.
İş hakim Solmaz Mustafayevanın icraatına verilib.
Məhkəmə iclasının vaxtı hələlik açıqlanmayıb.