Çərşənbə , Aprel 24 2024
Ana səhifə / Sosial / “Nübar”, Masazır, “Zəli gölü” və Zığ sürüşmə sahələrində yenə AKTİVLİK var

“Nübar”, Masazır, “Zəli gölü” və Zığ sürüşmə sahələrində yenə AKTİVLİK var

Son günlər ərzində yağan yağışlar Bayıl yamacında – Teleqüllənin yaxınlığındakı sürüşmə sahəsində sürüşmə prosesinin aktivləşməsinə səbəb olmayıb.

Bunu Trend-ə Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Geoloji Kəşfiyyat Xidmətinin geoloji planlama ekspedisiyasının dəstə rəisi Rafiq Həsənov deyib.

Hazırda ərazidə aktivləşmənin müşahidə edilmədiyini söyləyən R.Həsənov qeyd edib ki, ərazidəki torpaq qatında quraşdırılmış mayaklarda da çatların parametrlərinin böyüməsini və yeni çatların əmələ gəlməsini göstərən hər hansı dəyişiklik qeydə alınmayıb:

“Teleqüllənin yaxınlığındakı çatı biz ötən ilin iyul ayında aşkarlamışdıq. Ondan sonra nə qədər yağış yağsa da, ərazidə aktivləşmə müşahidə edilməmişdi. Amma zaman-zaman torpağın alt qatındakı süxurlar yuyulmuşdu. Buna görə də son günlərdəki yağışların sürüşmə sahəsinin aktivləşməsinə təsiri çox az ola bilər”.

R.Həsənov onu da əlavə edib ki, hazırda Abşeron rayonunun “Nübar” qəsəbəsindəki (“At yalı” adlanan yaşayış massivi) uçqun-sürüşmə-çökmə olan ərazidə, eləcə də Masazır qəsəbəsindəki “Zəli gölü” adlanan ərazidə və Suraxanı rayonunun Zığ qəsəbəsindəki sürüşmə sahələrində nisbi aktivlik müşahidə edilir.

Həmçinin oxuyun

Birinci sinfə qəbul üzrə prioritet məktəblər – SİYAHI

Bakı Şəhəri üzrə Təhsil İdarəsinin tabeliyindəki ümumi təhsil müəssisələri üzrə I sinfə qəbul prosesində prioritet …