Cümə axşamı , Mart 28 2024
Ana səhifə / Sosial / Novruz Məmmədov: “Dağlıq Qarabağ münaqişəsinin həllinə dəfələrlə yaxınlaşmışıq” – VİDEO

Novruz Məmmədov: “Dağlıq Qarabağ münaqişəsinin həllinə dəfələrlə yaxınlaşmışıq” – VİDEO

“Dağlıq Qarabağ münaqişəsinin həllinə dəfələrlə yaxınlaşmışıq. Tərəflərin köməyi, təzyiqi və təklifi ilə. Amma razılıq verdikdən bir müddət sonra Ermənistan tərəfi hansısa qüvvələrin təsiri ilə mövqeyini dəyişib”.

Anspress – in məlumatına görə, bu fikirləri jurnalistlərə açıqlamasında Novruz Məmmədov deyib. Prezident Administrasiyası rəhbərinin müavini münaqişənin həlli istiqamətində digər məsələlərə də toxunub:

“Bundan əlavə, Avropada razılaşma əldə edilmişdi, onlar isə bizim ərazilərimizdə tez bir zamanda hərbi təlimlər keçirməyə başladılar. Təyyarələr və helikopterləri təmas xətti üzərində göyə qaldırdılar. Bir neçə il bundan əvvəl Jak Şirakla belə bir məsələ var idi, birdən-birə Robert Koçeryan bir bəhanə olmadan Parisi tərk etdi”.

Həmçinin oxuyun

“OMİD” 10 min manatədək cərimə oluna bilər – Məhkəmə davam edir

Azərbaycanda inşaat mallarının topdan və pərakəndə satışı üzrə ən böyük satış mərkəzlərindən birinə sahiblik edən …

Bir cavab yazın